Arif Paşa ANS-ə qızdı: «Bilirəm ki…"

img

18-05-2014 [21:08]


Keçmiş döyüşçü, əslən Laçın rayonundan olan Arif Paşa ANS telekanalına müraciət edib.

 Mia.az onun «Facebook» sosial şəbəkəsi vasitəsiylə etdiyi müraciəti olduğu kimi təqdim edir

 «Hörmətli ANS-çilər!

 Sizin Lacının işğalı ilə əlaqədar göstərdiyiniz, şəhid milli qəhrəmanımız Çingiz Mustafayevin çəkdiyi kadrlarda gördüyünüz qüvvələr Lacına şəxsən mənim tərəfimdən geri qaytarılıb. Orada olan əsgərlərin düzülüb oxumasından tutmuş, geri qaytarılan BÜTÜN QÜVVƏLƏRIN (!!!) bölünüb istiqamətlər üzrə yerləşdirilməsinə qədər, hər bir fəaliyyəti şəxsən mən təşkil etmişəm. Kadrlarda görünən, hal-hazırda da prokurorluq orqanlarında işləyən Tarverdiyev Telman Eliş oğlu və ədliyyə sistemində işləyən Quliyev Nizami Cavanşir oğlunu da müxtəlif tapşırıqlarla müxtəlif istiqamətlərə mən göndərmişəm. Kadrda görünən sabiq icra başçısı, rəhmətlik Cabbarov Zakir Cabbar oğlu mənimlə eyni maşında idi. Əsgərlərə komanda verən qərargah rəisi Nağıyev Rafiq Heyder oğlu mənim göstərişlərimi yerinə yetirir. Mənim xidməti UAZm kadrdadir. Mənim sürücüm orada görünür. Bütün prosesləri qaydasına salan mən isə yoxam...

 Əvəzində isə sanki həmişə kadrda görünüb "qəhrəmanlar və qaçanlar haqqında moizələr" edən eyni şəxsin sözlərinin təsdiqini tapması üçün – mən görünmürəm. Bu ssenari, bu sözlərin nə üçün deyilməsi və nəyə xidmət etməsi bizə bəllidir və bu barədə burada danışmağa lüzum görmürəm...

Amma dediyim bütün proseslər C.Mustafayev tərəfindən çəkilmişdi və mən ərazini tərk edən qüvvələr qarşısında cıxış edərkən, o, mənim dediyim sözlərin təsirindən ağlaya-ağlaya çəkiliş aparırdı! O kadrlar yoxdur! Mənim olduğum bütün kadrlar lentdən götürülüb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA