MOSKVADA MÜHÜM GÖRÜŞ: Əliyev, Putin və Paşinyan bir araya gəldi - "Bu məsələlər sırf texniki xarakter daşıyır" (FOTOLAR/Yenilənib)
26-05-2023 [08:25]
Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.
Mia.az xəbər verir ki, Zirvə görüşündə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:
- Hörmətli İlham Heydər oğlu. Hörmətli Nikol Vovayeviç.
Hörmətli həmkarlar, dostlar.
Biz növbəti görüşümüzün keçirilməsinə dair təklifə operativ reaksiya verdiyiniz üçün minnətdarıq və ümid edirəm ki, bu, bizim artıq çoxdan danışdığımız bəzi məsələlərin praktik həllində yaxşı müqəddimə olacaq.
Məhz bizim formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub. 2020-ci ilin payızında təkcə hərbi əməliyyatlar dayanmayıb, sonra iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, sərhədlərin delimitasiyası üzrə işlərə başlanılıb.
Bu vaxt ərzində bir çox hadisələr baş verib, mən onların hər biri üzərində dayanmayacağam, detallara varmayacağam. Zənnimcə, hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. Bax, indi biz üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Lakin zənnimcə, biz bu barədə həm Azərbaycan tərəfdən, həm də Ermənistan tərəfdən olan həmkarlarla danışdıq. Bu məsələlər sırf texniki xarakter daşıyır.
Biz bu mövzunu ətraflı müzakirə etdik. Məsələ terminologiyadadır. Əlbəttə, bu terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanmasından sonra gəlir. Lakin fikrimcə, bizim hər üçümüzün nöqteyi-nəzərindən, - mən özümü, Ermənistanın baş nazirini və Azərbaycanın Prezidentini nəzərdə tuturam, - bunlar aradan qaldırılması mümkün olan maneələrdir. Əslində, bunlar sırf texniki məsələlərdir. Ona görə də biz qərara aldıq ki, yaxın vaxtlarda, bir həftədən sonra, – indi həmkarlarımdan bu tarixi razılaşdırmağı xahiş edirəm, – Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər. Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır.
Vaxta gəldikdə, biz bir həftədən sonra görüş barədə razılığa gəldik. Bu gün cümə axşamıdır. Ermənistan, yaxud Azərbaycan nümayəndə heyətlərinin hər hansı təklifi varmı? Çünki həmkarlar bu barədə öz aralarında razılaşmalıdırlar. Bir həftədən sonra normaldır?
Baş nazir Nikol Paşinyan: Bəli.
Prezident Vladimir Putin: İlham Heydər oğlu?
Prezident İlham Əliyev: Bəli.
Prezident Vladimir Putin: Mətbuat nümayəndələri çox sağ olsunlar. Biz bir az qapalı rejimdə işləyəcəyik.
***
Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvada işgüzar səfərdədir.
Mia.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.
***
Mayın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedib.
Mia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki Baş nazir sabah əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək, daha sonra isə Azərbaycan və Rusiya prezidentləri ilə birgə görüşəcək.
***
19.05.2023.Kreml Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib.
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, görüş gələn həftə keçirilə bilər: “Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Moskvada olacaq. Biz mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik”.
***
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb.
“Sputnik-Ermənistan” xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.
Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb. “Görüşün mayın 25-də keçirilməsi planlaşdırılır”, - o söyləyib.
Mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır(Report).
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir