4 ölkə Əsəd rejimi ilə razılaşdı: qaçqınlar geri qaytarılır, terror qrupları məhv edilir, ölkənin bütövlüyü bərpa olunur - Bəyannamə
02-05-2023 [00:02]
Bu gün İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misir Suriya ilə bağlı çox mühüm razılaşmalara imza atıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misir suriyalı qaçqınların təhlükəsiz şəkildə ölkələrinə qayıtması, Suriyanın ərazi bütövlüyünün bərpası, ölkənin müxtəlif qruplaşmaların nəzarətində olan bölgələrində narkotik tranzitinin qarşısının alınmas və ən nəhayət, ölkədəki terror qruplarının zərərsizləşdirilməsi barədə Əsəd administrasiyası ilə ilkin razılığa gəliblər.
Məlumata görə, bununla bağlı İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan, Misirin xarici işlər naziri Samih Şükri və İraqın xarici işlər naziri Fuad Hüseyn İordaniyanın paytaxtı Əmmanda Əsəd administrasiyasının xarici işlər naziri Feysəl əl-Mikdad ilə görüşüb.
Qapalı keçirilən görüşçdən sonra 4 ölkənin XİN başçıları Suriya XİN-lə birgə bəyannamə imzalayıblar.
Bəyannamədə əsasən, İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Misirin xarici işlər nazirləri Suriya böhranının və onun beynəlxalq və regional nəticələrinin sona çatmasını prioritet hesab etdiklərini təsdiqləyiblər.
"SURİYALI QAÇQINLAR KÖNÜLLÜ VƏ TƏHLÜKƏSİZ DÖNƏCƏKLƏR”
Bəyannamədə suriyalı qaçqınların könüllü və təhlükəsiz şəkildə ölkələrinə qayıtmasının prioritet məsələ olduğu da vurğulanıb və bu istiqamətdə təcili addımların atılmasının vacibliyi qeyd edilib: "Əsəd administrasiyası qaçqınların qayıdacaqları bölgələrin ehtiyaclarını BMT qurumları ilə koordinasiyalı şəkildə müəyyən etməyə başlayacaq. Eyni zamana, qaçqınların geri qaytarılmasını asanlaşdırmaq üçün böyük əfv və ya aminstiyanin qəbulu nəzərdə tutulub. Bundan sonra Bəşər Əsəd administrasiyası və Əmman hökumətinin birbaşa nəzarəti ilə ilk mərhələdə İordaniyada mövcud olan 1000 suriyalı qaçqının könüllü olaraq geri qayıtması prosesinə start veriləcək. Bundan sonra digər ölkələrdəki suriyalıların ölkələrinə dönmə qrafiki hazırlanacaq".
“SURİYA KONSTİTUSİYA KOMİTƏSİ İŞƏ BAŞLAYACAQ”
Bəyannamədə Əsəd administrasiyası, əlaqəli ölkələr və BMT-nin Suriya ərazisində terrorçu qrupların mövcudluğuna son qoymaq üçün hərtərəfli mübarizə üçün əməkdaşlıq edəcəkləri barədə razılığa gəlindiyi bildirilib: “Suriyanin öz topraqları üzərində nəzərtəi tam təmin etməsi, hüququn üstünlüğy, ölkədəki silahlı və terrorçu qrupların varlığını yox etmək, həmçinin, xarici müdaxilənin qarşısını almaq üçün qanuni səylərimizi davam etdirəcəyik.
Bununla belə, Suriya ilə qonşu ölkələr arasında narkotik qaçaqmalçılığının qarşısnın alınması istiqamətində səylər artırılacaq.
Ən əsası, Suriya Konstitusiya Komitəsinin ən qısa zamanda işini davam etdirməsinə imkan verəcək addımların atılmasına dair razılığın əldə edildiyi də dünya birliyinin diqqətinə çatdırırıq".
SURİYANIN ƏRƏB BİRLİYİNƏ QAYIDIŞI...
İordaniya Xarici İşlər Naziri Eymen əs-Safedi görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Suriyanın Ərəb Liqasına qayıtma qərarı Ərəb Liqasının iş mexanizminə uyğun olaraq alınacaq bir qərardır: "Biz bu gün burada Ərəb Liqasını deyil, öz ölkələrimizi təmsil edərək, Suriya böhranının həlli istiqamətində mühüm addımlar atdıq. Hesab edirəm ki, bugünkü iclasda böhranın həlli yolunda təsirli mexanizmlərin həyata keçirilməsi ətraflı müzzakirə olunub. Deyə bilərəm ki, bir çox məsələlərdə razılıq əldə edilib".
Xatırladaq ki, Əmmandakı görüşün 19 may 2023-cü ildə Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilən Ərəb Liqasının 32-ci Sammitindən əvvəl baş tutması maraqlıdır. Əksər ekspertlər suriyanın hənmin ünü liqaya geri dönüşü rəsmişləşcək.
Onu da qeyd edək ki, Suriyada balayan vətəndaş müharibəsindən sonra, yəni, 12 noyabr 2011-ci ildə Əsəd administrasiyasının Ərəb Liqası Birliyindəki təmsilçiliyi dayandırılıb.
Zülfiyyə
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi