RƏSMİ BAKI BƏYANAT YAYDI: "Erməni sakinlərlə dialoqu..." - "Baş nazirin cəfəng iddiası qəbuledilməzdir"
27-04-2023 [16:19]
"Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə bağlı səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik".
Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 27-də hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.
Məlumatda qeyd olunub ki, Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və Ermənistan tərəfindən Praqa və Soçidə öz üzərlərinə götürdükləri öhdəliklərə, eləcə də beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir:
"Ermənistan tərəfinin bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, qəsdən gərginliyin artması məqsədi daşıyır.
44 günlük Vətən müharibəsindən sonra Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan tərəfinin vəziyyətin gərginləşməsinə xidmət edən addımları kimi Azərbaycana qarşı hərbi təxribatlara son qoyulmamasını, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edilməsini, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam olaraq çıxarılmamasını Ermənistan baş nazirinə xatırlatmaq kifayətdir. Bu xüsusda, qeyd edilən təxribatların qarşısını alacaq bu məntəqənin təsis edilməsinin sülh prosesinə mənfi təsir etdiyi barədə fikirlər tamamilə qəbuledilməzdir. Əksinə, bu addımın atılması sözügedən qeyri-qanuni fəaliyyətlərin effektiv qarşısının alınmasına xidmət edəcək.
Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Bununla yanaşı, Baş nazirin iddialarının əksinə, Üçtərəfli bəyanata əsasən Azərbaycanın Laçın yolu üzərində səlahiyyətləri və suveren hüquqları mövcuddur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.
Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə Baş nazirin cəfəng iddiası qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur.
Baş nazirin erməni sakinlərlə dialoq, “təhlükəsizlik zəmanəti” “mübahisələrin həlli mexanizmi”, “beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi” kimi məsələlər üzrə dəfələrlə təkrarlanmış arzu və iddiaları ilə əlaqədar qeyd edək ki, Azərbaycan tərəfi erməni sakinlərlə dialoqu ölkə qanunvericiliyi çərçivəsində həyata keçirəcək və üçüncü tərəflərin bu məsələyə müdaxiləsi qəbuledilməzdir.
Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara məsuliyyətlə və konstruktiv yanaşmağa, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi