Prezident İlham Əliyev Fransa XİN başçısını qəbul edib - Nələr müzakirə olunub? (FOTO/Yenilənib)
27-04-2023 [14:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Prezident İlham Əliyev Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruriliyini bildirərək Ketrin Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə etdi, bunun gələcək əməkdaşlıq üçün faydalı ola biləcəyini vurğuladı. Dövlətimizin başçısı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsinin növbəti mərhələ üçün yol xəritəsinin tərtib edilməsi baxımından önəmli olduğunu bildirib.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin gündəliyinin həmişə çox geniş olduğunu dedi, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və digər sahələrdə əməkdaşlığın yaxşı tarixə malik olduğunu qeyd etdi.
Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirinin regiona səfər etdiyini vurğulayaraq bu çərçivədə eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin də müzakirə olunacağına ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Bu xüsusda dövlətimizin başçısı vurğuladı ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi.
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd etdi.
Katrin Kolonna Fransa Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdırdı. Vurğuladı ki, Emmanuel Makron Azərbaycan Prezidenti ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Emmanuel Makrona çatdırmağı xahiş etdi.
Katrin Kolonna bildirdi ki, Fransa Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir və ölkəsinin məqsədi həmişə bundan ibarət olub. Qonaq Fransanın ikitərəfli əlaqələrə, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əlaqələrə böyük önəm verdiyini bildirərək bu istiqamətdə geniş potensialın mövcud olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi