13-05-2014 [16:26]
MİA azxeber.com-a istinadən xəbər verir ki, Yavər Allahverdiyev ötən gecə 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil ilə yol kənarında dayanan 3 piyadanı vurub. Piyadalardan biri hadisə yerindəcə vəfat edib. Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti isə məlum deyil. Hadisənin baş verməsindən sonra isə, İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev məsuliyyətin üzərində qalmaması üçün günahı sürücüsünün üzərinə atıb. O avtomobili sürücünün idarə etməsi ilə bağlı yalan məlumatlar ortaya çıxardaraq, istintaqı çaşdırmağa çalışıb.
Hadisənin şahidi olan Emil adlı vətəndaş baş verənləri danışıb: "Qəzanı törədən maşın təxminən saatda 130-140 km sürətlə hərəkət edirdi. Əgər mən də 20-30 metr qabaqda getsəydim, həmin maşın məni də vuracaqdı. O sürəti azaltmağın əvəzinə piyadaların üstünə doğru hərəkət etdi. İlk olaraq səkinin üstündə hərəkət edən 3 piyadanı vurdu. Daha sonra həmin sürətlə reklam lövhəsinə çırpıldı. Onun sürəti o qədər çox idi ki, hətta avtomobil reklam lövhəsinə dəydikdən sonra 3-4 metr hündürlüyə qədər göyə qalxdı. Sonda isə 5-6 metr irəliyə gedib dayandı”.
Hadisə şahidinin sözlərinə görə, avtomobili idarə edən şəxs elə Yavər Allahverdiyevin özü olub: "Mənim gördüyüm adam sizin hadisə ilə bağlı verdiyiniz sonuncu xəbərdəki şəkillə eynidir. Mən tez yaralılara kömək etməyə qaçdım. Demək olar ki, onlara heç kim kömək etmirdi. Bir neçə dəfə təcili yardıma da zəng vurdum. Onlar isə hadisə yerinə çox gec gəldilər. Demək olar ki, hadisə ilə maraqlanmaq da istəmirdirlər. Piyadalardan biri artıq keçinmişdi. Digərlərinin vəziyyəti isə çox ağır idi”.
O, Yavər Allahverdiyevin hadisədən sonra kiməsə zəng etdiyini və bir müddət sonra "909” nömrəli ağ rəngli Land Cruiser markalı avtomobilin hadisə yerinə gəldiyini söyləyib: "Əvvəli yadımdan çıxıb. Amma sonu "909”la bitən ağ rəngli Land Cruser onun zəngindən bir müddət sonra hadisə yerinə gəldi. Land Cruser əzilən maşının yanındaca dayandı və onlar nəsə aralarında söhbət etməyə başladılar. Onu da deyim ki, onların ilk işi avtomobilin nömrəsini çıxarıb, gizlətmələri oldu.”
Hadisə şahidi deyir ki, piyadalardan birinin anasının hadisə yerindəcə ürəyi gedib: "Xəsarət alan piyadalardan birinin anasının fəryadı hələ də qulaqlarımdadır. Çox ağrılı və gözyaşardıcı hadisə idi”. Hadisə ilə bağlı hələlik heç bir rəsmi məlumat əldə etmək mümkün olmasa da, müxtəlif mənbələrin hadisəni törədən şəxsin Yavər Allahverdiyev olması ilə bağlı iddiaları üst-üstə düşür. Hadisə şahidinin isə, Yavər Allahverdiyevin sükan arxasında olmasını təstiqləməsi, hadisənin məhz icra başçısının müavini tərəfindən törədildiyini bir daha sübut edir.
Səbail Rayan İcra Hakimiyyətinin informasiya təminatı və təhlili şöbəsinin müdiri İsrafil Kərimov adı qəzada hallanan 10 AS 509 dövlət nömrə nişanlı avtomobilin həqiqətən Səbail Rayaon İcra Hakimiyyətinin tabeliyində olduğunu və icra başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi istifadə olunduğunu təsdiqləyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi