Ərdoğan Qarabağdan söz açdı, rəqibini "topa tutdu", keçmiş nazirin soyadına "ilişdi": "Onda Bebecan yanımızdaydı, vah zavallı..." - "Get, sor, kimlərə diz çökdürdüyümü desinlər"
18-04-2023 [18:57]
Prezident Ərdoğan bu gün AK Partiyanın Afyonkarahisar şəhərində təşkil etdiyi seçki mitinqində keçmiş nazir, hazırda Millət İttifaqının üzvü olan DEVA partiyasının sədri Ali Babacanla CHP lideri Kamal Kılıçdaroğlunu "topa tutub".
MİA.AZ xəbər verir ki, mitinqdə çıxış edən Ərdoğan vaxtı ilə komanda üzvü olan Ali Babacanın soyadındakı "a" hərflərini "e" kimi səsləndirib, ona "Bebecan" deyə xitab edərək, aşağlayıb.
Prezident mitinqdə indiyə qədər görülən işlərdən geniş danışdıqdan sonra Millət İttifaqını ("6-lı Masa") hədəfə çıxararaq sərt tənqid edib.
Ərdoğan tərəfdarlarına əl işarəsi ilə özünü göstərərək, deyib: "Bu qardaşınız Baş nazir olanda, Davosda Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri ilə görüşüm oldu. İndi hazırda masada (müxalifətin "6-lı Masa"sını nəzərdə tutur-Mia.az) olan birisi (Ali Babacan -Mia.az) daha vardı. O zaman iqtisadiyatla maraqlanırdı. IMF Başqanına dedim ki, adamlarınızı göndərirsiniz, bu adamlarınız gəlir. Bizdən faizləri alırlar. Faizləri alırsınız, ancaq Türkiyəni idarə edə biilməzsiniz, buranı mən idarə edirəm, mən! Yanımızda olan kimdi, bebecan... İndi atır-tutur. Vah zavallı.
2013 ilinə qədər biz IMF ilə əməkdaşlıq etdik. 2013-də bütün borcları bitirdik, IMF ilə yolları ayırdıq. AK Partiya budur. Bay-bay Kamalin adamları, İYİ Partiyanın adamları otellərdə görüşmələr edirlər, onlara "IMF-dən yardım almanız lazım, borç almanız lazım ki, Türkiyə iqtisadiyyatı düzəlsin" deyiblər. Amma dediyim kimi, biz borc almadıq onlardan, nə oldu? Biz yola davam elədiik. Hər hansı bir şey oldumu? 2013-dən sonra bizim IMF ilə əlaqəmiz yoxdur. O zaman Türkiyə Mərkəzi Bankının ehtiyatı 27,5 milyard dollardı. İndi bu, üç rəqmlidir...".
Ərdoğan daha sonra Kamal Kılıçdaroğluna "yüklənib": “İmperialistlərin tətikçisi, terror təşkilatları ilə qol-qola gəzən adam... İmperializmin maliyyəçisi... London sələmçilərindən aldığı vədlərə sevinən şəxs, bay-bay Kamal, nə qədər Londondan pul almısan? Bir şeyin varmı? Səni İMF-ylə otel otaqlarında gizlicə bir araya gətirən adam kimdir? Bilirsən, bu kimdir.
Bay-bay Kamal çıxıb indi hər zamankından da iyrənc üslubu ilə bizə antiimperializm dərsi verməyə çalışır.
Bay-bay Kamal, bizim imperialistlərə qarşı dik duruşumuzu öyrənmək istəyirsənsə, get kürəyini ovxalayan Qərbdəki ağa babalarına soruş. Get, dönərçidə görüşdüyün Pensilvanyadakı alçaqlardan soruş. Dağdakə kadrolarının başlarını əzdiyimiz bölücü yandaşlara sor. Türkiyə deyincə, gözləri parlayan məzlumlara sor. Get, Qarabağda işğaldan azad olunan ərazilərdəki qardaşlarimiza sor. Get, Şərqi Aralıq dənizində haqlarına sahib çıxdığımız Kipr türkünə sor. Sor ki, bizim kimə səcdə etdiyimizi, kimə diz çökdürdüyümüzü sənə anlatsınlar. Biz, nə imperialistlərin, nə də onların tətikçilərinin önündə səcdə edəriz. Biz ancaq Allahın hüzurunda əyilərik".
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi