Audiovizual Şurada iclas: hansı MMC-lər lisenziya verildi? - 3 MMC-nin lisenziyası ləğv, 9-na xəbərdarlıq edildi (SİYAHI)
11-04-2023 [11:25]
Bu gün Audiovizual Şuranın növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
Bildirilib ki, iclasda “Media haqqında” Qanuna uyğun olaraq audiovizual media fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Şuraya daxil olan müraciətlər müzakirə olunub.
Müzakirələrin yekunu olaraq “Kaspian Telekom” MMC-nin “Ailə TV” universal platforma operatorunun paketlərində abunəçilərə təqdim olunan “Ailə Cinema” sifarişli yayım xidmətinə görə, habelə həmin paketlərdə yayımı həyata keçirilən “Ailə Kinozal” film-kino janrlı televiziya kanalına görə “Kaspian Telekom” MMC-yə müvafiq olaraq sifarişli yayım xidməti provayderi (xidmətin adı “Ailə Cinema” olmaqla) və peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı “Ailə Kinozal” olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul edilib.
Bundan başqa, “Konnekt” QSC-nin müvafiq müraciətləri əsasında “Connect TV” universal platforma operatorunun paketlərində yayımı həyata keçirilən “CTVHD”, “CTVHD1” və “CTVHD2” film-kino janrlı televiziya kanallarına görə “Konnekt” QSC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyalarının adları “CTVHD”, “CTVHD1” və “CTVHD2” olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunub.
İclas zamanı, həmçinin, operatorluq fəaliyyətinin (xarici televiziya kanallarının retranslyasiyası üzrə) həyata keçirilməsi üçün Şuraya daxil olan müraciətlərə də baxılmışdır. Müzakirələrdən sonra “Boss Group” MMC-yə (xidmətin adı “Boss Group”), “Gamma Sky-Net” MMC-yə (xidmətin adı “Gamma TV”), “TVNet Telecom” MMC-yə (xidmətin adı “TVNet”) və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bayramov Orxan Akif oğluna (xidmətin adı “Xan TV”) universal platforma operatoru lisenziyalarının verilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.
İclasda audiovizual yayım fəaliyyətinin həyata keçirilmədiyi təsbit olunmuş fakta və ya lisenziya sahibinin Şuraya ünvanladığı rəsmi ərizəyə əsasən “Caspium Group” MMC-yə, “Media Art” şirkətinə və “Metronet” MMC-yə verilmiş lisenziyaların ləğv edilməsi haqqında qərarlar qəbul olunub.
İclasın yekununda ləğv edilmiş Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyaların onu hüquqi varisi olan Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən “Media haqqında” Qanununa əsasən yeni audiovizual media fəaliyyətlərinə uyğun lisenziyalarla əvəz olunması prosesi də müzakirə olunmuş və lisenziyaların yenilənməsi üçün Şuraya hələ də sənədlərini təqdim etməmiş subyektlərə (“Fibernet” MMC, “İTTNet” MMC, “Sham” MMC, “Farrukh Teleradio” MMC, “RA Technologies” MMC”, “Albax TV” MMC, “Azol TV” MMC, “Orbita TV” MMC, f/ş Qasımov Möhsün Hüseyn oğlu) sonuncu xəbərdarlıq edilib.
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı