Əliyevlə Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində - FOTO (Yenilənib)
11-04-2023 [09:13]
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar.
Mia.az xəbər verir ki, Mərkəzin rəhbəri Renat Bekturov investisiyaların cəlb edilməsi və regional təşəbbüslərin dəstəklənməsi üçün Maliyyə Mərkəzinin potensialı, o cümlədən burada Azərbaycan layihələrinə beynəlxalq investorlarda maraq yaratmaq və sərmayələrin strukturlaşdırılması imkanları barədə dövlət başçılarına məlumat verib.
Diqqətə çatdırıldı ki, Astana Beynəlxalq Maliyyə Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. Onun əsas funksiyaları Qazaxıstan iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək göstərilməsi, ölkənin maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya olunmasıdır.
2023-cü il martın sonunda Mərkəz vasitəsilə cəlb olunan investisiyaların həcmi 8,1 milyard ABŞ dolları təşkil edib. Onun yurisdiksiyasında 73 ölkədən 1800-dən çox şirkət qeydə alınıb. Maliyyə Mərkəzinin vergi rejiminin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının vergi şəffaflığı qlobal standartlarına uyğun olduğu təsdiq edilib.
Mərkəzin nəzdində fəaliyyət göstərən “Astana International Exchange” (AIX) birjası portfel investisiyalarının cəlb olunması üzrə səmərəli platformaya çevrilib, Qazaxıstanda yaşıl və dayanıqlı maliyyələşdirmə sahəsində regional liderlik strategiyasının həyata keçirilməsi üzrə fəal iş aparan “Yaşıl” maliyyə mərkəzi, startap ekosistemi, təşəbbüs bazarı, elektron ticarət, korporativ innovasiyalar və yeni texnoloji istiqamətlərin inkişafına yardım etməyə cavabdeh olan “Tex Hub”a malikdir. Hazırda Maliyyə Mərkəzinin yurisdiksiyasında dünyanın 300 texnoloji, İKT və finteks şirkətləri, o cümlədən “Amazon Data Services Kazakhstan”, “Minebest”, “Bitfury”, “OneWeb”, “Binance” və digər qlobal şirkətlər qeydiyyata alınıb.
Prezident İlham Əliyev sərmayədarların sərbəst fəaliyyəti üçün etibarlı və münbit investisiya mühitinin əhəmiyyətini xüsusi vurğulayıb. Orta Dəhlizlə bağlı müzakirələrin aparıldığını qeyd edən dövlətimizin başçısı bildirib ki, bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Qazaxıstan ilə birgə istehsalatların yaradılması və investisiya layihələrinin reallaşdırılması üçün nümayəndə heyətlərinin səfərlərinin önəmini qeyd edib. “Biz bir çox hallarda paralel kursla hərəkət edirik və Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk”, - deyən Prezident İlham Əliyev Qazaxıstanın işgüzar dairələrinin nümayəndələrini ölkəmizə səfərə dəvət edib.
Sonda Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi