Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb
07-04-2023 [16:23]
Azərbaycan Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
Mia.az xəbər verir ki, sənədə Mətbuat Şurasının sədri Rəşad Məcid və Mediasiya Şurasının İdarə Heyətini sədri Nadir Adilov imza atıblar.
Bununla bağlı Azərbaycan Mətbuat Şurasında hər iki qurumun təmsilçilərinin iştirakı ilə toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, rəhbərlik etdiyi qurumla Mediasiya Şurasını birləşdirən, müəyyən mənada, ortaq fəaliyyətini təsdiqləyən bir neçə məqam var. Bunlardan birincisi odur ki, hər iki qurum cəmiyyət yönümlüdür, barışdırıcı missiya daşıyır. Mətbuat Şurası media ilə ictimaiyyətin müxtəlif təbəqələrinə məxsus şəxslər arasında kompromiss variantların axtarışını, Mediasiya Şurası isə, ümumən, vətəndaşlar arasında mübahisəli vəziyyətlərin aradan qaldırılmasını hədəf seçib.
İkinci məqam hər iki qurumun məhkəmələrin yükünün azaldılmasına xidmət edən fəaliyyəti ilə bağlıdır. Məlumdur ki, Mətbuat Şurası yarananadək jurnalistlərin məhkəmələrlə üzləşməsi faktlarıının statistikası həddən artıq yüksək idi. Həm məhkəmələr özləri yüklənirdi, həm də media qurumları üçün vaxt itkisi yaranırdı. Mətbuat Şurası fəaliyyətə başlayandan sonra kütləvi informasiya vasitələrinin və jurnalistlərin məhkəməyə verilməsi hallarında azalmalar müşahidə edildi. Cəmiyyət üzvləri daha çox Şuraya üz tutdular. Ümumən, media ilə bağlı məsələlərdə Mətbuat Şurasına müraciət ənənəsinin formalaşdığını vurğulayan R.Məcid hazırda Mediasiya Şurasının da məhkəmələrin yükünü azaltmaq missiyasını yerinə yetirdiyini deyib. O bildirib ki, bu, həm də vətəndaşların problemlərinin operativ aradan qalxmasına, cəmiyyətdə gərginlik hallarının azalmasına yönəlmiş mütərəqqi missiyasıdır. Şura sədri çıxışında, həmçinin, Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumunun olmasını sosial sifariş kimi dəyərləndirib, sənədin faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.
Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu mətninin hazırlanmasında iştirak etmiş MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, ümumən, mediasiya anlayışının cəmiyyətdə təbliğinə ehtiyac var. O, Anlaşma Memorandumunun bu baxımdan faydalı nəticələr verəcəyinə inandığını deyib.
E.Mirzəbəyli eyni zamanda vurğulayıb ki, MŞ ayrı-ayrı qurumlarla qarşılıqlı fəaliyyətin koordinasiya olunması ilə bağlı sənədlər imzalayıb. Bu sənədlərdə həm jurnalistikanın çəkisini artırmaq, həm də ölkəmizdə qanunun aliliyinin təmin olunmasına, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsinə töhfə vermək məramı əsas götürülüb. İH üzvü Mediasiya Şurası ilə imzalanmış Anlaşma Memorandumunun da faydalarını məhz bu baxımdan əsaslandırıb.
Mediasiya Şurasının İdarə Heyətinin üzvü Nadir Adilov rəhbərlik etdiyi qurumun fəaliyyətindən geniş söz açıb. O bildirib ki, qısa müddətdə əldə edilmiş bütün uğurlarda media orqanlarının apardıqları təbliğatın böyük payı var. Bu təbliğat Mediasiya Şurasına inam və etimad formalaşdırmaq zəminində idi və xeyli müsbət nəticələr əldə etməyə imkan verdi.
N.Adilov vurğulayıb ki, Mediasiya Şurasının ötən il müxtəlif vətəndaşlar arasında barışıq yaratma göstəricisi 39% olub. Bu isə, əvvəlki hesabat ili ilə müqayisədə dəfələrlə çoxdur. Şuranın əsasən əmək, kommersiya, ailə-məişət məsələləri ilə əlaqədar mübahisələrin aradan qaldırılması istiqamətində çalışdığını diqqətə çatdıran İH sədri çıxışında, həmçinin, media təmsilçilərinin mediator fəaliyyəti göstərməsinin daha uğurlu nəticələr verdiyini diqqətə çatdırıb. O da öz növbəsində mediasiya ilə bağlı cəmiyyətdə təbliğat işlərinin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, cəmiyyətdə mediasiya ilə əlaqədar maarifləndirmə işlərinin aparılması üçün media orqanlarının mövcud istiqamətdəki fəaliyyətinin müəyyən qədər stimullaşdırılmasına ehtiyac duyulur ki, bu baxımdan hər iki qurumun atacağı ilk birgə addım jurnalistlər arasında yazı müsabiqəsinin təşkili ola bilər. Təklif müsbət qiymətləndirilib.
MŞ sədrinin müavini Səadət Məmmədovanın, Şuranın İdarə Heyətinin üzvləri – Müşfiq Ələsgərlinin, Hacıbəy Heydərlinin, Yadigar Məmmədlinin, Ceyhun Musaoğlunun, Bəhruz Məmmədzadənin, Mediasiya Şurasından isə mediatorlar Qasım Şaliyevin, Şamil Paşanın, Xanlar Sətullayevin qatıldıqları müzakirələrdə perspektiv əməkdaşlığın Anlaşma Memorandumunda nəzərdə tutulmuş müxtəlif istiqamətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin gələcək birgə fəaliyyətin əlaqələndirilməsi, növbəti təşəbbüslərin gerçəkləşdirilməsi üçün hər iki qurumdan koordinatorlar müəyyənləşdirilib.
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı