12-05-2014 [11:57]
Prezident İlham Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun barəsində Mia.az-a daha bir ittiham dolu məktub daxil olub.
Mia.az-ın elektron poçtuna daxil olan məlumatda iddia olunur ki, Elşad İskəndərov komitənin büdcəsində olan 5 milyon manat vəsaiti müxtəlif adlar altında yaxın ətrafı ilə mənimsəyib: «Düzdür, işdən uzaqlaşdırılanın arxasınca danışmazlar. Amma bu elə məqamdır ki, bunu xalq bilməlidir. Xalqın pulunu yeyən xalqa hesab verməlidir. Ölkədə minlərlə ahıl və ağbirçək insan 150 manat pensiya ilə dolandığı bir ərəfədə, Elşad İskəndərov dövlətin dini marifləndirmə üçün ayırdığı 5 milyon manatı absurd səbəblərlə mənimsəyib və hesab edirik ki, o, bunun cavabını verməlidir. Xalq bilməlidir ki, o, işdən uzaqlaşdırıldıqdan bu günə kimi hər axşam Elçin Əsgərovla toplantı halındadır. Və heç şübhəsiz ki, mənimsədikləri pulların silmə yollarını axtarırlar.Qəflətən işdən uzaqlaşdırılması onu çox çətin vəziyyətə qoyub. İşdən uzaqlaşdırıldığını eşidəndə «bu, nə bəladır» deyəndə, əslində, mənimsənilən vəsaitin üzərini yetərincə ört-basdır edə bilmədiyinə daha çox heyfslənirdi».
Mia.az xəbər verir ki, komitənin əməkdaşı daha sonra Prezdent İlham Əliyevin ayırdığı 5 milyon manatı Elşad İsgəndərovun hansı yollarla israf etməsinə aydınlıq gətirməyə çalışıb:
1. İlahiyyatçıları ələ almaq adı ilə onlara aldığı bahalı, təmirli
mənzillər və bahalı avtomobillər;
2. İlahiyyatçılardan birinə (adını yazmırıq. Ona görə ki, ailəsi və uşaqları ilə
yaşayır. Ailəsinin nə günahı) Təzə bazarın yanındakı «navastroyka»da bahalı təmirli ev və
bahalı BMW maşını;
3. Şeyx Allahşükür Paşazadə ilə əlaqəli ilahiyyatçıya da bahalı ev və «Mercedes» avtomobili;
4.Elşad İskəndərov özünə Novxanıda 800.000 manat villa, yeni model Prado;
5.Elçin Əsgərov 450.000 manat dəyərində şəhərin mənzərəli yerində mənzil və son model Prado;
6.Özü tərəfindən idarə edilən "TOLERANTLIQ” mərkəzinə 300.000 manat pul ayrılıb;
7. Elşad İskənədrovun dostu Elçin Əsgərovun adamları kimi tanınan və Komitəyə işə düzəldilən 3 nəfərə (adlarını məlumdur), hər birinə yardım kimi 30.000 manat;
Mia.az xəbər verir ki, komitənin adının çəkilməsini istəməyən əməkdaşı sadalanan faktların Mlaiyyə Nazirliyi ilə Hesablama Palatasının yoxlamasının istəyir: «Sözsüz ki, dövlət qurumlarının araşdırmasından sonra hələ çox faktlar aşkarlanacaq. Düzdür, Maliyyə Nazirliyinin Elşad İsgəndərovu sıxmayacağı dəqiqdir. Çünki Samir Şərifovun 1-ci müavini Azər Bayramovla Elşad İskəndərov yeznə-qayndır. Amma o biri yoxlayıcı qurumlar keçmiş sədrin qorxulu yuxusuna çevrilə bilər. Yəqin elə bu qurumlar onu çox qorxudur ki, ev və avtomobil aldığı şəxslərə xəbər göndərib ki, həmin ev və avtomobilləri tez bir zamanda satın. Çünki həmin daşınmaz əmlaklar komitənin xərclər bölümündəki «qara siyahı»da qeydə alınıb. Elşad İskəndərov bununla daha bir maliyyə fırıldaqlarının üstünü qapatmaq istəyir. Onun buna nə dərəcə nail olacağını zaman göstərəcək. Lakin bu da bir həqiqətdir ki, bu günlərdə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edildiyi deyilən E.İskəndərovun maliyyə əməliyyatlarında baş rolda olan yaxın dostu Elçin İsgəndərov hal-hazırda işlədiyi İslam Konfransı Gənclər Təşkilatının adına ayrılmış maliyyəni «silmək» üçün də yeni variantlar hazırlayıblar. Lakin bu təşkilatın Türkiyədəki rəhbəri Ali Sarakaya buna mane olmaqdadır. Hər iki dosta açıq bildirilib ki, bu hərəkət qurumun adına ciddi ləkə gətirə bilər».
Xəbərdə adıçəkilənlərlə əlaqə yaratmaq mümkün olmayıb. Amma onların da mövqeyini yaymağa hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi