Vüqar Rəhimzadə: "Bu, Prezidentin azad medianın inkişafına böyük töhfəsidir"
03-04-2023 [08:50]
"Media sahəsində yeniliklərin, təkmilləşməningeniş miqyas alması, Prezident İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımlarının davamlılığı ilə diqqət çəkir. Yada salaq ki, Ulu öndər Heydər Əliyevin cəmiyyətin güzgüsü kimi dəyərləndirdiyi mətbuatı dövlət başçısı İlham Əliyev hazırkı dövrdə belə səciyyələndirir: “Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir.” Buradan da görünür ki, azad mətbuatın inkişafı daim dövlətimizin siyasətinin əsasını təşkil edir".
Bu sözləri Mia.az-a Prezident İlham Əliyevin sayt və qəzetlərə vergi güzəştləri barədə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” təsdiq etdiyi yeni qanunu şərh edən “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
O bildirib ki, sənədə əsasən, audiovizual media subyektləri istisna olmaqla, media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən azad olunur: "Bu mühüm addım media subyektlərinin iqtisadi müstəqiliyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq".
Vüqar Rəhimzadənin sözlərinə görə, atılan addımlar Azərbaycan mediasının yeni reallıqlara uyğulaşdırılmasında, azad mətbuatın hərtərəfli inkişafında öz sözünü deyir: "Dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Ölkə Prezidentinin mətbuata qayğısının daha bir təzahürü olan bu mühüm addım media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilərək böyük minnətdarlıq hissi ifadə olunur".
Baş redaktor xatırladıb ki, dövlət başçısı İlham Əliyev 2021-ci ilin ilk ayında “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı imzalayıb: "Sənəd bir daha təsdiqlədi ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv, peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatların aparılması zərurətdir. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Qurumun qısa dövrdə azad mətbuatın inkişafına yönələn addımları təqdirəlayiqdir. Ötən il Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafında yeni mərhələ kimi dəyərləndirilən, 9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanunu təsdiqlədi. Bir mühüm məqamı xüsusi vurğulamalıyıq ki, Qanuna əsasən Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi bu sahədə mövcud olan neqativ halların aradan qaldırılmasını təmin edəcək".
Baş redaktor bildirib ki, Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 2022-ci ildə qəbul etdiyi Qərar da media nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanıb: "“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elekton kitablar istisna olmaqla), habelə dərslik komplekslərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə Qərara əsasən, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib".
Vüqar Rəhimzadə mətbuatın iqtisadi müstəqilliyinin daha da gücləndirilməsinin əhəmiyyətindən geniş bəhs edərək, qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq etməsi bu istiqamətdə medianın inkişafına növbəti dəyərli töhfədir: "Bir mətbu orqanın rəhbəri kimi, medianın inkişafına göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Mediamız müasir müstəqil, qalib Azərbaycanın dövlət maraqlarının qorunması, tarixi həqiqətlərimizin, möhkəm təmələ əsaslanan təkmil, yenilikləri, islahatları özündə ehtiva edən dövlət siyasətimizin uğurlarının təbliğində üzərinə düşən vəzifəni bundan sonra da həyata keçirmək istiqamətində fəaliyyətini davam etdirəcək".
Lamiyə
Mia.az
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı