ƏRDOĞAN - KILIÇDAROĞLU DUELİ: kim qazanacaq? - 3 araşdırmaçıdan TƏHLİL
29-03-2023 [09:47]
ORC Araşdırma baş direktoru Mehmet Pösteki, MetroPOLL Araşdırma baş direktoru Prof. Dr. Özer Şencar və Avrasiya Araşdırmalar Mərkəzinin qurucusu Kamal Özkiraz Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı araşdırmalarını təqdim ediblər.
Mia.az xatırladır ki, prezident seçkilərində 4 rəqib yarışır: Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə və Sinan Oğan.
Həm Türkiyə, həm də Türkiyədən xaricidə bir çox ekspertlərin fikirincə, mayın 14-də baş tutacaq seçkidə prezidenti ilk turda seçmək mümkün olmayacaq: "Heç bir namizəd 50+1 səslə seçkini qazana bilməyəcək. Türkiyənin prezidenti ikinci turda - mayın 31-də bəlli olacaq".
İddialara görə, ikinci turda yenə də əsas rəqiblər - Ərdoğanla Kılıçdaroğlu arasında baş-başa yarış gedəcək.
Ancaq ötən gün Türkiyənin 3 böyük sorğu təşkilatları bu fikirləri alt-üst edən iddialarla çıxış ediblər.
"Ərdoğan qarşısında kim olursa olsun, azı 38-40 faiz səsə sahibdir"
Məsələn, ORC Araşdırma Mərkəıznın baş direktoru Mehmet Pösteki bildirib ki, Ərdoğanın lider olduğu Cumhur İttifaqı (AKP, MHP, BBP və Yenidən Rifah Partiyasının yaratdığı seçki bloku-Mia.az) 1,5-2 ildir parlamentdə deputat çoxluğunu itirib: "Bu itkinin təsiri isə istər-istəməz yerlərdəki rəy sorğularında özünü açıq formada göstərir. Əminliklə deyirəm ki, Cumhur İttifaqının səsi 53 faizdən 38-40 faizə enib. Bu enişə sürətləndirən əsas məqamların sırasında iqtisadiyyat, ədalət və miqrant (köçkün) sahəsindəki problemlərin böyüməsidir".
Pöstekinin sözlərinə görə, ölkədə hazırda elə vəziyyət yaranıb ki, xalq 20 illik iqtidardan "doyub": "Türkiyədə hazırda yüzdə 60 kimi görünən və gələcəkdə daha da artacaq bir çoxluq dəyişiklik istəyir. Təbii ki, araşdırma təşkilatı olaraq, biz daim yerlərdəki vəziyyəti nəzərdə saxlayır, sorğular keçirir, təhlillər aparırıq. Deyə bilərəm ki, sıxıntılara və "Cumhur"un ciddi nüfuz itkisinə baxmayaraq, Ərdoğan qarşısındakı namizəd kim olursa olsun, 38-40 faiz səsə sahbdir”.
"Cumhur İttifaqı parlamentdəki çoxluğu qazanacaq, ancaq prezident seçkisi..."
MetroPOLL Araşdırma Təşkilatının baş direktoru Professor Özer Şencarın sözlərinə görə, hazırda prezident seçkiləri ilə bağlı indidən qəti bir söz demək mümkün deyil: "Lakin Cumhur İttifaqının parlament seçkilərində yüzdə 43,5 civarında səs alacağını proqnozlaşdırıram. Əgər seçki gününədək fövqəladə dəyişiklik baş verməzsə, Ərdoğanın lideri olduğu ittifaq parlamentdəki mütləq çoxluğu, yəni, istənilən qanunun qəbuluna rahatlıqla nail olacaqları 301 deputat mandatını qazanacaq".
Fevral ayında Kılıçdaroğlunun Ərdoğandan 2 faiz geri qaldığını deyən Şencar Millət İttifaqındakı böhranın həll edildikdən sonra vəziyyətin dəyişdiyini vurğulayıb: "Mart ayının sorğularına görə, Kılıçdaroğlu Ərdoğanı 2,5 faiz qabaqlayır".
Bu fərqin dəyişməyəcək olmadığını ifadə edən Şencarin sözlərinə görə, Məhərrəm İncənin alacağı səs bu nöqtədə əhəmiyyətli olacaq: “Hazırda daha iki namizəd var. Məhərrəm İnce və Sinan Oğan. Onların səsləri bu nisbəti dəyişə bilər. Bu aydan etibarən Məmləkət Partiyasının səs faizi 3,14-dür. Əgər İncə prezidentliyə namizəd kimi səslərin 5 faizini alsa, o zaman seçki ikinci tura keçəcək. Əlbəttə, 2,5 faiz səs fərqli ilə Ərdoğanı keçə bilməzsiniz. Ən azı 8-9 faiz fərq tələb olunur. Mart ayının rəy sorğulaırna və təhlillərinə nəzər saldıqda, Kılıçdaroğlunun ilk turda qalib gələ biləcəyini söyləyə bilərik.
Yox, əgər seçki ikinci tura qalırsa, kim 301 deputat mandatı çoxluğuna sahiblənərsəı, ölkənin növbəti prezidenti də o olacaq. Yəni, bu proqnoz daha məntiqli görünür".
"Kılıçdaroğlu ilk turda qazanacaq"
Avrasiya Araşdırmalar Mərkəzinin qurucusu Kamal Özkiraz da bildirib ki, apardıqları sorğulara görə, Kamal Kılıçdaroğlu ilk turda qalib gələcək: "Araşdırmalar və yerlərdəki sorğular bu təxmini qüvvətləndirir. Üstəlik, seçki günü yaxınlaşdıqca, digər namizədlərin hazırda yaratdığı risklər zəifləyəcək. Hesab edirəm, Kamal Kılıçdaroğlu seçki təbliğatını yüksək apararaq bu prosesi ilk turda həll edəcək".
Lamiyyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi