LAÇIN YOLUNDAKI AKSİYADAN 102 GÜN KEÇİR

img

23-03-2023 [15:03]


Bu gün 102 gündür Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya keçirilir.

Mia.az xəbər verir ki, azərbaycanlı könüllülər hər zaman olduğu kimi, ermənilərin ekoloji terroruna "yox" deyir, eyni zamanda, sülhməramlıların nəzarətində olan ərazidə monitorinq aparılmasına şərait yaradılmasını tələb edirlər.

Xatırladaq ki, ermənilərin yalana əsaslanan həy-küylərinə baxmayaraq, Laçın yolu humanitar məqsədlər üçün tam açıqdır.

Bu gün saat 10.00-a olan məlumata görə, sülhməramlıların bir maşını aksiyanın keçirildiyi yoldan maneəsiz hərəkət edib.

***

Saat 15.00-a olan məlumata görə isə Rusiya sülhməramlılarına məxsus daha daha 74 maşın yolda sərbəst  hərəkət edib.

Bununla da Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən sülhməramlılara məxsus maşınların  sayı 75-ə yüksəlib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub