Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
17-03-2023 [16:09]
Prezident İlham Əliyev fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, peşə təhsili müəssisələrində 2023-cü il aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına kadr hazırlığı mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə həyata keçiriləcək..
Adambaşına maliyyələşdirmə prinsipi əsasında kadr hazırlığı həyata keçirilən peşə təhsili müəssisələrində 2023–2026-cı illərdə 12 000 təhsilalana münasibətdə ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək.
Müəyyən edilib ki: Hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə dövlət sifarişi ölkənin əmək bazarının xüsusiyyətləri və prioritet inkişaf istiqamətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir; Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə tələbə qəbulunu həmin il may ayının 1-dək təsdiq edir.
Nazirlər Kabinetinə ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq etmək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə kadr hazırlığını həyata keçirəcək peşə təhsili müəssisələrinin siyahısını və təhsilalanlarının sayını, eləcə də hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək təhsilalanların sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.
Maliyyə Nazirliyi Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi