"BİZ ÇÖKMƏDİK..." - Putin bütün mənfi proqnozları alt-üst etdiklərini deyir
16-03-2023 [21:54]
Rusiya prezidenti V.Putin bu gün rusiyalı sahibkarların konfransına qatılıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir k, konfransda geniş çxış edən Putin Qərb ölkələrinin ölkəsinə qarşı sanksiya və digər iqtisadi təzyiqlərə əl atdığını, lakin bunun gözlənilən effekti vermədiyini iddia edib.
Ölkəsinin Ümumi Daxili Məhsulunun (ÜDM) 2022-ci ilin iyun ayında 4,7 faizlə ən aşağı səviyyədə olduğuna diqqət çəkən Putin bildirib ki, bunun səbəbləri məlumdur: "Bunlar sanksiya müharibəsi, qlobal iqtisadiyyat və ticarətdə, beynəlxalq əlaqələr sistemində yaranan görünməmiş çətinliklərlə bağlıdır. Bu problemləri biz yaratmamışıq. Ancaq bu o demək deyil ki, Rusiya çarəsizdir. Əksinə, biz bu təzyiq və sanksiyaları lehimizə çevirərək, inkişafımızı stimullaşdırmışıq. Və bu istiqamətdə çox yaxşı irəliləyiirk".
Rusiya iqtisadiyyatının artıq yenidən böyüməyə başladığını bildirən Putin deyib: "2022-ci ildə Rusiyanın xarici ticarət həcmi 8,1 faiz artaraq 850 milyard dollara çatıb. İxracın həcmi təxminən 20 faiz artarkən, idxalın həcmi təxminən 12 faiz azalıb. Xarici ticarətin müsbət saldosu 332 milyard dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə 70 faiz çoxdur. Mart ayında inflyasiyanın 4 faizdən aşağı düşəcəyi gözlənilir. Təbii ki, bu, Rusiya iqtisadiyyatının çöküşünü gözləyən Avrozonadan daha aşağı olacaq. Özləri və bəzi tərəfdaşlarımızı bunu gözləməsə də, bunlar faktdır”.
Avropa ölkələrinin özbaşına hərəkət etmədiyinə diqqət çəkən Putin onları ABŞ-dan aslılıqda ittiham edib: "Avropalı tərəfdaşlarımızın müstəqil və suveren olmasını, milli maraqlarına uyğun qərarlar vermələrini istəyirik. Ancaq təəssüf ki, bu, hələ də belə deyil".
Qərb şirkətlərinin ötən il Ukrayna ilə müharibə səbəbindən Rusiya bazarından çəkildiyini xatırladan Putinin sözlərinə görə, onların və bəzi xarici ekspertlərin Rusiya iqtisadiyyatında çökmə olacağı barədə proqnozlarını darmadağın ediblər: "Vəziyyət fərqli inkişaf etdi. Biz çökməıdik, əksinə, inkişafdayıq. Bütün mənfi proqnozları alt-üst etdik. Ancaq indi Qərb ölkələri ciddi iqtisadi problemlərlə üzləşib. Yaxşı söz var, deyirlər ki, özgəyə quyu qazan özü düşər".
Rusiya müəssisələrinin əvvəllər ölkəsində fəaliyyət göstərən Avropa və Amerika müəssisələrini əvəzlədiyini vurğulayan Putin indiki şəraitdə yerli müəssisələrin inkişafı üçün çox böyük fürsətlər yarandığını bildirib. O, Rusiya hökumətinə bu prosesi xüsusi diqqətdə saxlamaq üçün tapşırıq verdiyini də sözlərinə əlavə ediib.
F.ƏHMƏD
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi