Naxçıvanda daha bir nazir təyinatı oldu - Keçmiş nazirə yeni vəzifə verildi (FOTO/Yenilənib)
16-03-2023 [13:07]
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır.
Mia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə nazir Sahil Babayevin görüşündə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətləri, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan mühüm addımlardan bəhs olunub. Eyni zamanda Naxçıvan MR-də sosial-iqtisadi inkişaf prosesləri, sosial müdafiə sisteminin gücləndirilməsi, məşğulluğun təminatı, sosial xidmətlər, tibbi-sosial reabilitasiya, həssas qrupların qayğı ilə əhatə olunması istiqamətində aparılan işlər qeyd olunub.
Dövlət başçısının göstərişinə əsasən, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi, o cümlədən Naxçıvan şəhərində də DOST mərkəzinin yaradılması məqsədilə işlərin aparıldığı bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan MR Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi ilə görüşüblər.
Naxçıvan Muxtar Respublikasının yeni təyin edilmiş əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov kollektivə təqdim olunub.
Görüşdə Naxçıvanda sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası istiqamətində görülən işlər, sosial xidmət və reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, sosial islahatlar proqramının həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub.
Muxtar Respublikada sosial sahədə idarəçilik və xidmətlər sistemində müasir innovativ həllərin, əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərdə elektronlaşma və proaktiv təyinat mexanizmlərinin geniş tətbiqini nəzərdə tutan hədəflərdən bəhs olunub.
Məlumat üçün bildirək ki, Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib.
2011-2013-cü illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində “BP Caspian” şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
1 mart 2021-ci ildə DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 13 avqust 2021-ci ildən hazırki vəzifəsinə qədər Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
***
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.
Mia.az "Report"a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.
Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Mia.az-ın əldə etdiyi məlumata görə, Nicat Babayev Naxçıvan ƏƏSMN-ə nazir müavini təyin olunub.
Yeni nazirə gəldikdə isə, o, hazırkı vəzifəsinə qədər DOST Agentliyinin İdarə Heyətinin sədr müavini işləyib.
Zülfiyyə
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi