RUSİYA ilə ABŞ QARA DƏNİZDƏ TOQQUŞDU - Rəsmi Vaşinqton ayağa qalxdı, Rusiya MN "biz vurmadıq" deyir (Açıqlamalar)
14-03-2023 [23:21]
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu gün Rusiyanın iki Su-27 təyyarəsinin Qara dənizdə ABŞ-a məxsus iki MQ-9 pilotsuz uçuş aparatını sıxışdırdığını bəyan edib. Bildirilib ki, nəticədə PUA-lardan birinin pərvanəsinə təmas olub və o qəzaya uğrayaraq Qara dənizə düşüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Pentaqon “Reaper” müşahidə pilotsuz təyyarəsinin sıradan çıxarılmasından sonra bölgədə əlavə tədbirlər görüldüyünü bəyan edib: "Təbii, biz bu hadisəni "ehtiyatsızlıq" kimi dəyərləndirməklə sərt şəkildə qınayırıq".
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Ceyms Hekker isə deyib kİ, bu hadisə qəza deyil: “Bizim MQ-9 təyyarəmiz beynəlxalq hava məkanında adi əməliyyatlar apararkən Rusiya təyyarəsi tərəfindən vurulub".
Ağ Evin sözçüsü Kirbi ABŞ-ın Qara dəniz üzərində uçuşları və əməliyyatları davam etdirəcəyini bildirib.
Dünyanın digər bölgələrində də ABŞ-ın milli təhlükəsizlik maraqlarını qoruyacaqlarını ifadə edən Kirbi, beynəlxalq sularda və hava məkanında atılacaq hər hansı bir hərəkətlə bağlı Rusiyanı məlumatlandırmaq məcburiyyətində olmadıqlarını bildirib.
ABŞ generalı Kavoli hadisə ilə bağlı NATO müttəfiqlərinə məlumat verildiyini açıqlayıb.
Bununla yanaşı, ABŞ Rusiyanın Vaşinqtondakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Prays “Rusiya səfirini nazirliyə çağırdıq. Moskvadakı səfirimiz Treysi də Rusiya Xarici İşlər Nazirliyinə sərt mesaj verdi”, - deyə, bildirib.
Rusiya Müdafiə Nazirliyi isə ABŞ-nin “MQ-9” dronunun Rusiyanın dövlət sərhədi istiqamətində uçuşunun qeydə alındığı üçün hava hücumundan müdafiə qüvvələrinin növbətçi qırıcılarının Qara dəniz akvatoriyası üzərində havaya qaldırıldığını bəyan edib: "Rusiya qırıcıları hər hansı silah tətbiq etməyib. Ümumiyyətlə, Amerika dronu ilə təmas olmayıb. Sadəcə, kəskin manevr edən ABŞ PUA-sı hündürlükdə idarəetməni itirərək dənizə düşüb”.
Zülfiyyə
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi