X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir
10-03-2023 [10:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.
Mia.az xəbər verir ki, Forum çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda növbəti panel iclası keçirilib.
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Rozen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclasında BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Nacat Moxtar, 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Hadassa Tibb Mərkəzinin baş direktoru Yoram Veys çıxış ediblər.
Panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesusun videomüraciəti dinlənilib. O, müraciəti zamanı bütün ölkələrə müraciət edərək deyib: “Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq. Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra ilə bağlı) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır”.
Daha sonra çıxış edən BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima isə qeyd edib ki, bu ilin sentyabr ayında təmsil etdiyi qurumda hökumətlər görüşəcəklər.
Onun sözlərinə görə, vaksinlər kütləvi məhsullar kimi satılmalıdır:
“Pandemiyanın ilk vaxtlarında Cənubi Afrika “Moderna” adlı vaksin istehsal etməyə başlamışdı. Ancaq orada bunu kommersiya səviyyəsinə çıxarmağa imkan yox idi. Liderlər vaksinlərin bərabər bölüşdürülməsini təmin etməlidir. Pandemiyaya hazırlıq və cavab tədbirlərinin görülməsi məsələsi müzakirə olunur. Biz buna ayrıca danışıqlar mövzusu kimi baxmalıyıq. Sentyabrda BMT-də hökumətlər görüşəcəklər. Qlobal səhiyyə sisteminin yaradılması məsələsi müzakirə olunacaq”.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev söyləyib ki, sağlamlıqla əlaqədar milli səviyyədə sistem qurmalıdır: “Sağlamlıq sahəsində də ekspertlər bunu vurğulayırlar. Bütün insanlar sağlam həyat tərzinə yönəlməlidir. Azərbaycanın stretegiyasında bu vurğulanıb. Həmin strategiya Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Fərdi həyat tərzi ilə səhiyyə sistemi arasında əlaqələr də olmalıdır”.
Nazir qeyd edib ki, sağlamlıq fundamental insan hüququdur:
“Bunun üçün maliyyə qaynaqları bərabər şəkildə olmalıdır. Bu gün tibbi xidmətlərin daha əlçatan olması tələb olunur. Özəl sektorun da sağlamlığın təmin edilməsində yeri danılmazdır. Biz bilirik ki, səhiyyə sistemi bir çöx ölkələrdə əlçatan deyil. Bir çox əngəllər vardır. Biz çağırırıq ki, bu prioritetlər təmin olunsun və səhiyyə sistemində standartlar tətbiq edilsin. Vaksinasiya sağlamlığın əsas elementlərindən biridir”.
Digər çıxışçılar da sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi və gücləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Sonda isə Birləşmiş Krallığın 2007-2010-cu illərdə Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi, ÜST- nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun videomüraciəti dinlənilib.
Bununla da panel iclası başa çatıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi