Gürcüstan iqtidarı geri çəkildi: aksiyaya zəmin yaradan qanun laihəsi geri götürüldü - VİDEO (Yenilənib)
09-03-2023 [10:29]
Gürcüstan iqtidarı “Xarici agentlər haqqında” qanun layihəsini parlamentdən geri götürüb.
“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü arzusu”nun, “Xalqın Gücü” ictimai hərəkatının və parlament çoxluğunun birgə bəyanatında qeyd olunub.
Bildirilib ki, bu, ölkədə sülh və əmin-amanlığı qorumaq üçündür:
“Vətəndaşlarımızın enerjisini qarşıdurmaya deyil, sülhə, ölkəni düzgün istiqamətdə inkişaf etdirməyə sərf etməliyik”.
Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.
***
Gürcüstanın paytaxtı Tbilisidə martın 7-8-də “xarici agentlər haqqında” qanun layihəsinə etiraz olaraq keçirilən aksiyalarda 133 nəfər saxlanılıb.
“Sputnik-Gerogia” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xüsusi təyinatlı polis qüvvələri parlamentin binasının qarşısına toplaşan aksiya iştiraçılarını dəyənək, göz yaşardıcı qaz və su şırnakları tətbiq etməklə ərazidən uzaqlaşdırıb.
***
Gürcüstan xüsusi təyinatlıları parlamentin qapısı qarşısında etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Bu barədə Gürcüstanın yerli telekanalları məlumat yayıb.
Etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqanın binasının darvazalarına yaxınlaşıb. Təhlükəsizlik qüvvələri parlamentin həyətindən su şırnaqları ilə onları qovmağa çalışıb.
***
NATO Tbilisidə baş verənlərı barədə açıqlama yayıb.
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə köməkçisi Xavier Kolomina tvitter-də yazıb ki, NATO-ya üzv olmaq istəyən Gürcüstan üçün önəmli olan ölkədə media azadlığı və vətəndaş cəmiyyəti üçün düzgün çərçivəyə malik olmaqdır: "Bu qanun layihəsi geriyə addımdır və Gürcüstanın Avro-Atlantik inteqrasiya məqsədini irəliyə aparmır"
***
Gürcüstan parlamentinin qarşısında "xarici agentlər" haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq yenidən minlərlə insan etiraza qalxıb, saxlanılanlar var.
"Sputinik Georgia" xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan hakimiyyətinə iki tələb irəli sürüblər. “Gürcü arzusu” dərhal Rusiya qanunlarını parlamentdən geri götürməli və dünən qanunsuz olaraq saxlanılan bütün şəxsləri azad etməlidir.
Qeyd edilir ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən daha 10 etirazçı saxlanılıb.
Xatırladaq ki, martın 7-də keçirilən etirazlar zaman polislə qarşıdurmalar yaşanıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, “xarici agentlər haqqında” qanunun qəbuluna etiraz edən 66 nəfər inzibati qaydada saxlanılıb/Report.
Zülfiyyə,
MİA.AZ
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi