Hatayda iki ard-ard zəlzələ olub: 300-dən çox yaralı və ölənlər var - Nazirdən daha bir açıqlama (VİDEO/Yenilənib)
21-02-2023 [09:03]
Türkiyənin Hatay vilayətində dünən baş verən zəlzələdə ölənlərin sayı 6 nəfərə yüksəlib.
Mia.az yerli TV-lərə istinadla xəbər verir ki, 300-dən çox isə yaralı var.
***
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Hataydakı iki ardıcıl zəlzələ ilə bağlı son məlumatları bölüşüb.
Mia.az "CNNTürk" istinadla xəbər verir ki, o, zəlzələnin 3 nəfərin ölümünə səbəb olduğunu deyib: "Samandağdakı zəlzələdə başına daş düşən qadınla yanaşı, bir nəfər Antakyada, daha bir nəfər isə Defne rayonunda həlak olub. Ümumilikdə 213 nəfər yaralanıb. Bu ana qədər təcili yardıma 42 zəng gəlib, bunlardan 39-u kiçik qəzalarla bağlı olub, 3 binanın dağıntıları altında isə çalışmalar davam edir...".
***
Türkiyənin Hatay şəhərində baş verən bugünkü zəlzələdə bəzi binalar çöküb, dağıntılar altında insanlar qalıb.
Mia.az Haberturk-ə istinadla xəbər verir ki, bu barədə Hatay şəhərinin bələdiyyə sədri Lütfi Savaş açıqlama verib.
O bildirib ki, hazırda həmin insanların xilası üçün çalışmalar gedir.
Məlumata görə, Dəfne rayonundakı zəlzələdən sonra xəstəxanaya gedən yol yarılıb...
Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə deyib ki, Samandağdakı zəlzələdə bir qadının başına daş düşüb: "Dəfnədə 4 nəfər dağıntılar altında qalıb, bir nəfər isə çıxarılıb. Axtarış işləri davam etdirilir".
***
Hatayda bu gün ard-arda daha zəlzələ olub.
Mia.az Haberler.com-a istinadla xəbər verir ki, bu barədə AFAD açıqlama yayıb.
Bildirilib ki, yerli vaxtla 20.04-də Defne rayonunda 6.4 bal, 20.07-də isə Samandağ rayonunda 5.8 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, sarsıntılar bəzi binaların dağılmasına səbəb olub.
AFAD Hatayın dənizə yaxın rayonlarının əhalisinə də xəbərdarlıq edib.
Bildirilib ki, dəniz suyunun səviyyəsinin 50 sm-dən çox qabarmasına görə sahil zolağına getmək tövsiyə olunmur.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin 11 şəhərində baş verən dəhşəti zəlzələ bu rayonlarda xeyli bina dağılmasına və qəzalı vəziyyətə düşməsinə səbəb olub. Ümumilikdə Hatayda 21 mindən çox insan zələlədə həlak olub, 20800-dən çox bina ya tam, ya da qismən çöküb.
Lamiyə Əhmədli
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi