BLİNKENLƏ ÇAVUŞOĞLU ARASINDA BRİFİNQDƏ GƏRGİNLİK - Dövlət katibi Çin və İranı hədələdi, Çavuşoğlu isə Rusiya və terrorun açıq təhdid saydı
20-02-2023 [12:09]
Bu gün Adanadakı İncirlik Bazasından Ankaraya gələn ABŞ-ın dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə brifiq gkeçirib.
Mia.az NTV-yə istinadla xəbər verir ki, Blinkeni ölkəsində görməkdən məmnun olduğunu deyən Çavuşoğlu iki ölkə arasındakı münasibətlərdən söz açıb.
O, artıq ABŞ administrasiyasının F-16 qırıcıları ilə bağlı Türkiyənin tələblərinə müsbət yanaşdığını qeyd edərək, bildirib ki, bu problem artıq Konqresdə öz həllini tapmalıdır: "Biz bu məsələnin ən qısa zamanda həllini gözləyirik".
XİN başçısı əlavə edib ki, Blinkenlə bölgədəki vəziyyət, o cümlədən terrorla mübarizə, Suriya böhranı, Rusiya-Ukrayna savaşı, Cənubi Qafqazdakı durum və sair problemli sahələr ətrafında geniş fikir mübadiləsi aparıblar.
Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə də toxunub və bildirib ki, İsveçdə baş verənlər xoş deyil: "Biz Finlandiya ilə bağlı fərqli qərar (yəni, müsbət- Mia.az) verə bilərik".
Mövlud Çavuşoğlunun sonrakı suala verdiyi cavab isə gözlənilməz olub.
O, Rusiyanı NATO-ya təhdid sayıb: "Bəli, bu gün NATO-ya Rusiya və terror qruplaşmaları tərəfindən təhdidlər var...".
Bir jurnalistin "Türkiyənin təhlükəsizlik problemləri ilə bağlı narahatlıqlaırnın aadan qaldırılması üçün ABŞ qarşıda nələ edəcək?" sualına Blinken belə cavab verib: "Biz Türkiyənin cənub sərhədi ilə bağlı narahatlığını anlayırıq. Ümid edirəm, Türkiyədə bizim İŞİD-lə bağlı narahatlığımız anlayır. Bu məsələlər ətrafında Türkiyə ilə yaxın işbirliyini davam etdirəcəyik. Amma bu saat əsas diqqətimiz Suriya xalqın ayardıma köklənib".
Çavuşoğlu isə Blinkenin bu savabını xoş qarşılamayıb. O üzünü Blinkenə çevirərək deyib: "Biz başqa bir terror qruplaşmasına qarşı bir başqa terror qruplaşması ilə işbirliyinin yanlış olduğunu hər zaman deyirik. Bunun ölümcül bir xəata olduğunu demişik, deyirik. Bu üzdən İŞİD-lə mübarizədə YPG-nin dəstəklənməsini doğru saymırıq. PKK/YPG-nin İŞİD-lə mücadilə etdiyi iddiasının doğru olmadığın da hər zaman sübut elədik. NATO olaraq hər cür terror qruplaşması ilə mücadilə etməyimiz lazımdır".
Onun bu sözləri isə Blinkenin üz cizgilərində dəyişiklik yaratması açıq hiss olunub...
Blinken isə çıxışında Türkiyə ilə müttəfiqlik münasibətlərindən, strateji əlaqələrdən bəhs etdikdən sonra beynəlxalq mövzular a da toxunub.
O, Rusiyanın Ukraynana hücumunu pisləyərək, Kiyevə dəsətklərinin davam edəcəyini bildirib. Eyni zamanda, bu savaşda Rusiyaya dəstək verən ölkələri, əsasən də Çini hədələyib: "Çinin Rusiyaya silah yardımı, sözsüz ki, bizi narahat edir. Qarşıda nələr olacağını dəqiq demək çətindir. Amma bu, Çin üçün böyük problemlər yarada bilər. Həmçinin, nüvə silahına can atan İran da düşünməlidir".
Lamiyə,
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi