Baş nazir daha bir qaydanı təsdiqləyib
14-02-2023 [11:27]
"Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası" təsdiqlənib.
MİA.AZ xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın 4-cü hissəsinə uyğun olaraq yaradılmış Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyası (bundan sonra ‒ Məhvetmə Komissiyası) tərəfindən həyata keçiriləcək.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 5 gün müddətində həmin maddələr ibtidai araşdırmanı aparan orqan tərəfindən məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil veriləcək.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir.
Məhvetmə Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üsulunu, yerini və vaxtını müəyyən edir və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131-1.4-cü maddəsində nəzərdə tutulmuş müddəti keçməmək şərtilə həmin maddələrin məhv edilməsini həyata keçirir.
Məhvetmə Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün hazırlanması və məhv edilməsi prosesini 5 videoçəkilişdən istifadə etməklə həyata keçirir və bu barədə akt tərtib edir.
Məhvetmə Komissiyasının tərtib etdiyi aktda aşağıdakılar göstərilir:
1. aktın tərtib olunduğu yer və tarix;
2. məhvetmədə iştirak etmiş şəxslərin iş yeri, vəzifəsi, adı, atasının adı, soyadı;
3. məhvedilmənin əsası;
4. məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin adı, miqdarı, onların saxlanıldığı qab barədə məlumatlar;
5. məhvedilmə üsulu;
6. videoçəkilişdən istifadə və videoçəkilişi əks etdirən məlumat daşıyıcısının akta əlavə edilməsi barədə qeyd.
7. Akt məhvetmədə iştirak etmiş şəxslər tərəfindən imzalanır.
8. Aktın nüsxələri videoçəkilişi əks etdirən məlumat daşıyıcısı ilə birlikdə onu imzalamış hər bir şəxsə təqdim edilir və cinayət işinə əlavə edilməsi üçün ibtidai araşdırmanı aparan orqana, habelə məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhvetmə haqqında qərar qəbul etmiş məhkəməyə göndərilir.
9. Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, barəsində məhvetmə qərarı çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin sonrakı istifadəyə verilməsi qadağandır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi