ƏRDOĞANA NİYƏ DİKTATOR DEYİRLƏR? - Təhlil
09-02-2023 [23:55]
Bəzi dostlarımız özünə əl qatıb. Hətta zəlzələdən-bu fəlakətdən də Tayyib Ərdoğana qarşı əks təbliğat üçün istifadə etməyə çalışırlar. Çox iyrənc ittihamlar səsləndirirlər. Əsas arqumentləri də budur ki, Ərdoğan diktatordur. Xalqın seçdiyi siyasi liderə necə dictator demək olar?
Bəlli deyil. Türkiyədə seçkilər nə vaxtdan saxtalaşdırılır?
Yada salıram. Son seçkidə AKP, yəni Ərdoğanın partiyası o boyda İstanbulu, Ankaranı və İzmiri müxalifətə uduzdu. Niyə uduzdu?
Çünki müxalifət-PKK-a yanlılarının dəstəyi ilə AKP-ni üstələyə bildi. Yəni Türkiyəni parçalamaq istəyən qüvvələrlə siyasi ittifaq quran müxalifət Türkiyəyə xəyanət yolu tutdu. Onlar indi də həmin yolu gedirlər…
Hə, onu deyirdim axı. Türkiyədə seçkilər saxtalaşdırılırsa, niyə AKP bu möhtəşəm mərkəzlərdə müxalifətin qələbəsini qəbul etdi?..
Sözümün canı o ki, kim deyirsə ki, Türkiyədə seçkilərin nəticəsi saxtalaşdırılır o, sadəcə, yalançıdır. PKK ilə ittifaqa girib Türkiyəyə xəyanət edən Türkiyə müxalifəti ilə eyni qafadadır…
Keçirəm cənab Ərdoğanın diktator olmasına. Qərb də Ərdoğana diktator deyir. Niyə?
Çünki Ərdoğan Qərbin çaldığı ilə oturub-durmur. Ərdoğan Türkiyənin böyük dövlət olması üçün çalışır. Qərb isə Türkiyənin böyük dövlət olmasını istəmir. Özü də bu, nəsə gizli bir məsələ deyil. Hər şey gün kimi ortadadır. Qərbə ram olan, yazıq, zavallı Türkiyə lazımdır. Qərbə PKK-nın at oynatdığı Türkiyə lazımdır…
Yenə Ərdoğanın diktatorluğuna qayıdıram. Bir çox tarixçilər Atatürkü də diktator adlandırır…
İndi isə keçirəm Türkiyənin demokrat rəhbərlərinə. Turqut Özal Türkiyənin 8-ci prezidenti (1989-1993) olub. 1990-cı il 20 Yanvar qırğınından sonra o, nə demişdi? “Onlar Şii, Biz Sünniyiz. Onlar İran’a daha yakın”. Yəni Türkiyə Azərbaycana heç bir kömək etməli deyil. “Milliyət” qəzetinin 1990-cı il 16 fevral sayında gedən həmin məqalənin sürətini təqdim edirəm...
Cənab Turqut Özalın demokrat olmasına kimsə şübhə edirmi? Düşünmürəm. Soruşuram, Azərbaycana Turqut Özal kimi qorxaq, ancaq demokrat Türkiyə rəhbəri lazımdır, hansı ki heç sözdə də Azərbaycanı müdafiə etməyə hünəri çatmadı. Yoxsa Qarabağı erməniyə dəstək verən Qərbin əlindən alıb Azərbaycana qaytaran diktator Ərdoğan Azərbaycan üçün daha münasib siyasi liderdir?
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl (1993-2000) necə yadınızdaırmı? Cənab İlham Əliyev onun sinəsinə öz əli ilə "Şərəf" ordeni taxmışdı. Əslində isə ona Azərbaycan adına heç taxta medal da düşmürdü. Ən azı ona görə ki, Kəlbəcər işğal olunanda Azərbaycan prezidenti Əblüfəz Elçibəy insanları fəlakət zonasından çıxarmaq üçün ondan 3-4 helikopter istədi. Dəmirəl Qərbin və Rusiyanın qorxusundan Azərbaycana 3-4 helikopter vermədi. Hazırda Türkiyə Azərbaycanda F-16 qırıcılarını qoyub getmirmi?
Mən sizlərdən soruşuram. Sizə diktator dediyiniz Tayyib Ərdoğan lazımdır, yoxsa Turqut Özal kimi, Süleyman Dəmirəl kimi ən kritik məqamda Azərbaycana arxa çevirən, onu düşmənə satan demokratlar lazımdır...
Mən cənab Ərdoğanı seçirəm. Siz özünüz bilərsiz.
Mən heç istəməzdim ki, Azərbaycan xalqı nə vaxtsa Türkiyədən belə bir xəyanət görsün. Azərbaycan xalqı Qərbin əlində oyuncaq olan sözdə demokrat liderlərdən bir daha xəyanət gördükdə-bax onda Ərdoğana qəni-qəni rəhmət deyəcək...
P.S Bəzi düşüklər belə bir iddia irəli sürür ki, guya bir çoxları Tayyib Ərdoğanı müəyyən təmənnaya görə müdafiə edir. Öz payıma deyirəm. Mənim nə Ərdoğandan, nə İlham Əliyevdən elə bir təmannam yoxdur. Heç onlar bilmir ki, bu dünyada Elbəyi Həsənli deyilən birisi yaşayır. İstəyim odur ki, Azərbaycan yağı düşmənlərin qarşısında heç vaxt xar olmasın, sınmasın, əyilməsin. Bu sadə məntiqi başa düşmək bu qədərmi çətindir?...
Elbəyi HƏSƏNLİ,
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi