Ərdogan Hatayda qəzəbləndi: "Bu şəxsiyyətsizlər, namussuzlar..."

img

08-02-2023 [20:15]


Bu gün zəlzələ bölgəsinə gedən prezident Ərdoğan orada çox sərt açıqlamalar verib.

Mia.az xəbər verir ki, Hatayda sualları cavablandıran Ərdoğan "Zəlzələ bölgəsində əsgər, polis yoxdur, biz görə bilmədik" iddialarına həddən artıq qəzəbli reaksiya verib: "Bəzi xaraktersiz, şəxsiyyətsiz, namussuz adamlar təxribat tipli kampaniya apararaq,  deyir ki, guya "Hatayda hərbçi, jandarma, polis görmədik". Belə yalan, böhtan atırlar. Burada ümumilikdə 21200 nəfər hərbçi, jandarma və polis var. Ayrıca bizm əsgərimiz də, jandarmamız da, polisimiz də şərəflidir. Onları bu şərəfsiz, namussuzların ağzına məzə etdirmərik".

Müxalifətin hazırkı mövqeyinə toxunan Ərdoğan bildirib ki, bu dönəm birlik, bərabərlik, dayanışma dönəmidir: "Belə bir gündə bəsit və yalnız öz siyası çıxarına uyğun kampaniya aparmaq qəbuledilməzdir. Əgər vəzifəmin məsuliyyəti imkan versəydi, indi başqa cür danışardım...".

Samir,

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR