Nazir Avropa ölkələrinin Türkiyəyə qarşı son qərarlarını sərt qarşıladı: "Bizə qarşı psixoloji müharibə aparılır" - "O kəşfiyyatçının kimliyini bilirik"

img

02-02-2023 [11:18]


Hollandiya, İngiltərə, Fransa və Almaniya İsveçdə Quran kitabının  yandırılmasından sonra İstanbuldakı konsulluqlarının təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlayıblar.

Mia.az xəbər verir ki, Avropanın əsas ölkələrinin Türkiyəyə qarşı bu sərt qərarı anlaşılmazlıq yaratmaqla yanaşı, ortaya xeyli haqlı suallar çıxarıb.

Məsələyə bu gün canlı yaymda Daxili işlər naziri Süleyman Soylu izahat verib.

Mia.az TRT-yə istnadla xəbər verir ki, o, Türkiyədə psixoloji savaş başlatmağa çalışıldığını iddia edib: "Bir ölkənin kəşfiyyatçısı Türkiyədə bir neçə nəfəri ələ alıb. Türkiyə Cümhuriyyəti o kəşfiyyatçının kim olduğunu bilir.  Bu yöndə əməliyyat keçirib 15 nəfər tutmuşuq, onlardan 5-i barədə həbs qərarı çıxarılıb".

Soylu bildirib ki, bu il 60 milyon turist hədəfi olan Türkiyəyə qarşı psixoloji müharibə aparanlar burada istədikləri kimi davarna bilmədiklərindən qıcıqlanırlar: "İstanbuldakı konsullluğu və özlərinə aid məkanları qapadan səfirlər burada istədikləri şəxsləri həbsdən azad etdirə bilməyincə, indi Türkiyədə terror əməliyyatı keçirməyə çalışırlar.  Dost və müttəfiq bildiyimiz şəxslər bizimlə F-16 sövdələşmələri edir. Sanki bu, bir zarafatdır. Siz indiyə qədər hansı öhdəliyinizə sadiq olubsuz, axı? Taksim- İstiqlal küçəsindəki terrorun  arxasında sən (ABŞ-ı nəzərdə tutur- Mia.az) yatdığını bilmirik?".

Samir,

MiaAz


Digər xəbərlər
SON XƏBƏRLƏR