İran səfirliyinin dostu olan 60-dan çox jurnalist: onlar kimlərdir? - Elçin Mirzəbəyli yazır
31-01-2023 [12:30]
Elçin MİRZƏBƏYLİ,
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru
***
Təəssüf ki, hələ də ölkə mediasında “İran” adlanan ölkənin kütləvi təbliğat vasitələrinə və onların müxtəlif domen adları altında Azərbaycandilli “törəmə” saytlarına istinadla feyk xəbərlər, təxribat xarakterli məlumatlar yayımlanır.
Narahatlıq doğuran məqamlardan biri də belə xəbərləri tirajlayan media resurslarının arasında təcrübəli, peşəkar həmkarlarımızın rəhbərlik etdiyi, yaxud çalışdığı təsisatların yer almasıdır. Mənə görə, hətta son terror hadisəsi baş verməsəydi belə, İranla bağlı, xüsusilə də bu ölkənin Azərbaycana, Türkiyəyə və bütövlükdə regiona yönəlik siyasətini ifadə edən xəbərləri təhlil etmədən, araşdırmadan yaymaq, molla rejiminin təbliğat-təxribat resurslarına istinad etmək olmazdı. İran tərəfinin yaydığı xəbərlər, yaxud hansısa digər kontentlər ciddi şəkildə təhlil edildikdən sonra, həm də yalnız analitik yazının tərkib hissəsi kimi istifadəyə yararlı ola bilər. Bunu başa düşmək bir o qədər çətindir?
İranın təbliğat maşını bir neçə gündür ki, terror aktını ən müxtəlif formalarda, çoxsaylı manipulyasiyalarla məişət hadisəsi kimi təqdim etmək istəyir. Peşəkar media molla rejiminin sosial platformalardakı cəsus şəbəkəsinin və onların informasiya manipulyasiyalarına aldanan bəzi şəxslərin yaydığı feyk xəbərlərin, təxribat xarakterli məlumatların qarşısını almaq əvəzinə, Tehranın təbliğat-təxribat kontentlərinə istinad edir. Ayıbdır, ayıb! Bunu bilərəkdən edirsinizsə, deməli Vətən xainisiniz! Yox, əgər bilərəkdən etmirsinizsə, niyyətiniz gündəmdə olan mövzu ilə bağlı daha çox xəbər yaymaqdırsa, o zaman bu qəbildən olan “xəbər”lərin mənbəyini ciddi şəkildə araşdırın, peşəkar analitiklərlə, ekspertlərlə məsləhətləşin və onlar sizə təmənnasız, tərəddüd etmədən yardım göstərəcəklər.
Son olaraq, bir məqamı da qeyd etməyi vacib sayıram: “İran” adlanan ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin ölkəmizdəki media resursları ilə daim əlaqədə olmaq üçün yaratdığı vatsap qrupu var. Yanılmıramsa, “İran səfirliyinin dostları” adlanır. Terror aksiyasından sonra bəzi həmkarlarımız bu qrupu tərk edib, amma hələ də 60-dan çox media resursunun təmsilçisi “İran səfirliyinin dostu” olmaqda davam edirlər. Onlara qaniçən molla rejiminin hakimiyyəti qəsb etdiyi günün ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvətnamələr də göndərilib və məmnuniyyətlə qəbul ediblər. Doğrusu, ilk dəfədir ki, söz üçün aciz qalıram və nə yazacağımı bilmirəm. “İran” adlanan ölkənin Azərbaycandakı nümayəndəliyinin, yəni molla rejiminin təmsilçilərinin dostu olanlar heç bir halda Azərbaycanın dostu deyillər və ola da bilməzlər. Bu baxımdan, “cənab” və “cənabə”lər, mövqeyinizi müəyyənləşdirin və ya Azərbaycanın dostu olun, ya da İranın...
Düşünürəm ki, molla rejiminin Azərbaycan mediasındakı və sosial platformalardakı “azərbaycanlı” şəbəkəsi ilə bağlı ciddi araşdırma aparılmalıdır. Onların bir çoxu, molla rejiminin diplomatik təmsilçiliyinin dəvəti ilə bir, yaxud bir neçə dəfə “İran” adlanan ölkədə səfərdə olublar. Bəzilərinə müxtəlif hədiyyələr verilib, özlərinin, yaxınlarının müalicəsinə və digər problemlərinin həllinə yardım göstərilib. Molla rejiminin əlində bəzi media nümayəndələri ilə bağlı kompramatların olması və onların davamlı şantaja məruz qalmaları da mümkündür.
İranın ideoloji zəhərini ölkə mediasının “qan damarlarından” çəkib çıxarmaq lazımdır.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər