“Azərsu” ASC-də strukturunda dəyişikliyi olub, yeni departament, şöbə və bölmələr yaradılıb
30-01-2023 [17:43]
Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün prosedurların minimuma endirilməsi, vaxt limitlərinin idarə edilməsi və elektronlaşdırılması məqsədilə "Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması" üzrə yeni qaydalar layihəsi hazırlanaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub.
Mia.az "Azərsu" ASC-yə istinadla xəbər verir ki, su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün bütün zəruri sənədlərin onlayn şəkildə bir platforma üzərindən əldə edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət ünvanlanıb.
Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üzrə müraciətlərin "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzləri, KOB evləri vasitəsilə qəbul edilməsi, yekun sənədlərin həmin mərkəzlər vasitəsilə "vahid pəncərə" prinsipi əsasında təqdim edilməsi təmin olunub.
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasında səmərəliliyin artırılması məqsədilə “Azərsu” ASC-nin idarəetmə strukturunda dəyişikliklər edilib.
“ASAN Kommunal” mərkəzləri ilə çevik əlaqələndirmə və koordinasiyanın aparılması üçün Strateji inkişaf və "Asan" mərkəzlərlə işin təşkili departamenti yaradılıb.
İstehlakçı hüquqlarının qorunması, müraciətlərə baxılması və nəzarətdə saxlanılması məqsədilə Şikayət və müraciətlərin araşdırılması şöbəsi yenidən təşkil edilib, su ilə bağlı ekoloji məsələlər üzrə Ekologiya şöbəsi yaradılıb.
Yol Xəritəsində nəzərdə tutulan tədbirlər barədə məlumat əlçatanlığının artırılması, ictimaiyyətin maarifləndirilməsi məqsədilə “Azərsu” ASC-nin internet səhifəsinin funksionallığı artırılıb və saytda “Su təchizatı şəbəkəsinə qoşulma”, su təchizatı sistemlərində aparılacaq planlı təmir işləri ilə əlaqədar yarana biləcək fasilələrlə bağlı istehlakçıların öncədən məlumatlandırılması məqsədilə "Su təchizatında fasilə" bölmələri yaradılıb.
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz