Prezident İlham Əliyev daha bir fərman imzaladı

img

26-01-2023 [16:01]


Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

MİA.AZ xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-nə qədər sahibkarların banklardan manatla aldığı kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2027-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.

İndiyə qədər kreditlərin alınması müddəti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-nə qədərki, hesablanmış faizlərə görə subsidiyaların verilməsi müddəti isə 2019–2025-ci illəri əhatə edirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq