AKŞENER "6-lı MASA"NI DAĞIDIR? - "Kiliçdaroğlunun namizədliyini qəbul edəcək nöqtədə deyilik"

img

26-01-2023 [14:14]


"6'lı Masa"nın  (CHP, İYİ, Səadət, SP, DEVA, Gələcək və Demokrat partiyalarının birləşdiyi siyasi ittifaq- Mia.az) prezidentliyə vahid namizədinin kim olacağının müzakirə olunduğu gün İYİ Partiyanın sədri Meral Akşenerin müavini Cihan Paçac müxalif düşərgənin üzərinə "qaynar su töküb".

Mia.az xəbər verir ki, o, partiyasının CHP lideri Kemal Kılıçdaroğlunun vahid namizədliyini qəbul etmədiyini bəyan edib: "Bizim partyanın idarə heyəti onun namizədliyini qəbul edəcək nöqtədə deyil".

"Habertürk"ün yazarı Nagehan Alçıya danışan Cihan Paçacı daha sonra deyib: "Belə bir deyim var: küçədə Kemal bəyə etirazı görür və "Dürüst deyilmi" deyə soruşuruq. Dürüst, dövlət təcrübəsinin olduğunu deyirlər. E, o zaman nədir problem?! Elə beləcə "amma o, olmaz" deyilir. Biz də bu vəziyyəti görməzdən gələ bilmərik".

"Bəs, Kemal bəyin namizədliyi ortaya gələcəksə, nə edəcəksiniz", - sualına Akşenerin müavini belə cavab verib: "Hələlik partiyamız bunu qəbul edəcək nöqtədə deyil, amma gələrsə, baxılacaq və son qərar veriləcək".

Xatırladaq ki, "6-lı Masa" bu gün İYİ partiyanın qərargahında vahid namizədlə bağlı toplantı keçirəcək.

Belə bir gündə verilən  bu açıqlama isə ortamı gərginləşdirib.

Samir MUSAYEV,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq