İLHAM ƏLİYEV GÜRCÜ BAŞ NAZİRLƏ BİRGƏ DAVOSDA PANELDƏ - Canlı yayım (Yenilənib)
19-01-2023 [19:55]
Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclas keçirilir.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Azərbaycan lideri ilə yanaşı, Gücüstanın baş naziri də panelə qartılıb, sualları cavablandırırlar.
***
"Bizim üçtərəfli əməkdaşlığımızın bir neçə formatı var - xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Liderlərin də zirvə görüşləri baş tutub. Biz artıq bunun bəhrəsini görürük".
Mia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
“Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var, - biz, əlbəttə, enerji layihələrindən başladıq, - istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans. Biz hamı üçün uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı təmin edildi”.
***
"Azərbaycanda zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
Dövlət başçısı bildirib: “Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq”.
Prezident deyib ki, dəniz limanımızın 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona qədər genişləndiriləcək və bunun üçün büdcə ayrılıb: “Yük artımının müəyyən səbəbləri var ki, onlardan biri ənənəvi marşrutlar boyu gözlənilən çətinliklərdir”.
***
“Azərbaycanla Gürcüstan arasında münasibətlər zamanın sınağından çıxıb”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun illik toplantısında deyib.
“Biz birlikdə çox mühüm və tarixi layihələr həyata keçirmişik, birgə neft və qaz kəmərləri çəkmişik. İndi biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzərində işləyirik və bu, son hədd deyil”, - o vurğulayıb.
İ.Qaribaşvili əlavə edib ki, Gürcüstan Azərbaycanla birgə müxtəlif təşəbbüslər üzərində çalışır.
Orta Dəhlizin əhəmiyyətini şərh edən Baş nazir Ukraynada müharibə başlayandan bu layihəyə diqqətin daha da artdığını vurğulayıb: “Bu dəhliz Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur. Beləliklə, bu marşrutla Çindən Gürcüstana qatar 15, maksimum 20 günə çatır”.
O, dəhlizin böyük potensiala malik olduğunu bildirib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi