CHP lideri özünə sui-qəsd hazırlığı olduğunu iddia etdi, mafiya liderlərinə sərt xitab etdi: "Şərəfsizlər, çaqqallar..."
17-01-2023 [18:20]
CHP lideri Kemal Kılıçdaroğlu ilə iqtidara yaxın olan SADAT adlı piar şirkəti arasında gərginlik pik nöqtəyə çatıb.
Mia.az xəbər verir ki, bir neçə gün əvvəl CHP liderinin TV100 telekanalında Uğur Dündara müsahibəsi zamanı efirin aşağı küncündə həmin şirkət silahlı hərbçilərin olduğu reklam yayımladıb.
Verilişdən sonra bunu fərq edən CHP lideri sərt açıqlama verərək, "Sizin ağlınızı başınızdan alaram" deyib və bunu şəxsinə təhdid saylb.
Həmin vaxt SADAT-da açıqlama yayaraq CHP liderininin təhdidini qeyri-ciddi sayıb və sonra reklama işarə edərək "qolmu oldu?" replikasını atıb.
Telekanal isə həmin reklamın 1500 lirə dəyərində (təxminən 150 manat) 8 saniyəlik olduğunu açıqlayıb və daha əvvəl həmin şirkətlə partiya sədri arasında gərginlik yaşanmasının reklam razılaşmasında nəzərə alınmamasından təəssüfləndiyini bəyan edib.
Telekanal məsuliyyətsizliyə yol verən 3 işçisini azad etdiini də bildirib.
Bu gün isə Türkiyə parlamentində partiyadaşlarının qrup toplantısına qatılan CHP lideri Kemal Kılıçdaroğlu olduqca sərt açıqlamalar verib: "Bilirsiniz, bir televiziya proqramına qatıldım. Cənab Uğur Dündar dəvət etdi. Sonra olanlar hamımıza məlumdur. Silahlı insanların olduğu reklamla güya məni təhdid edirlər. O rəsmdəki mesaj konkretdir, sizin üçün gələcəyik deyirlər. Mənim üçün bəyəfəndilər gələcəkmiş. Bu paramilitər artıqları daha böyük bir rəsmin sadəcə bir parçasıdır, hər şeyin təməlində, əslində, tək bir şey var. O da pul, çox pul. Xalqımızdan oğurlanan pulları qəpiyinə qədər hesablatdırmışam - 418 milyard dollardır! Bu pulu dövlətin xəzinəsi üçün geri alacağam. Öncə mənimlə danışıb, anlaşmaq istədilər, qapını üzlərinə qapatdım. Bir sonrakı aşamaya keçdilər. Bu işin içinə bəzi media orqanlarını da soxdular. Bunların həbsdən çıxan mafiya artıqları da var. Satın alınan araştırmaçıları var, media mənsubları, satın alınan qazetçiləri var. Sürəti müxalifət kimi görünən bir sürü insanları da var...
Hər dəfə cəhd edib, amma anlaya bilmədiklər bir şey var. Bay Kemal əsla və əsla yolundan dönməz. Artıq son aşamaya gəldik. Silah və sui-qəsd təhdidləri... Son xəbərdarlıqlarını edirlər, ağıllarınca. Yeni bir şey deyil, uzun zamandır bu təhdidlər var. İndi bu kürsüdən bu çetelərə, mafiyalara səslənirəm: qafillər, şərəfsizlər, ağılsızlar, çaqqallar sizmi məni qorxudacaqsız?
Sizin önünüzdə diz çöküb yaşamaqdansa, ayaqda ölməyi tərcih edərəm. Hodri meydan, gəlin görüşək. Allah nəsib edərsə, həyatda görəcəyiniz ən böyük kabus mən olacam. Əgər mənə bir şey olarsa, xalqıma əmanətimdir o 418 milyard dolar, siz onu geri alacaqsıznız. O pul gənclərmizin gələcəyidir".
Samir,
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi