02-05-2014 [19:32]
Azərbaycanda tarix müəllimi Fəxrəddin Vəlizadə Qazax qəzasında yaşamış öz dövrünün dəyərli ziyalılarımızla bağlı növbəti araşdırmasını MİA.az-a göndərib. Araşdırmanı təqdim edirik:

(Molla Vəli Vidadinin abidəsindən solda birinci daş Oğlu Məhəmmədin qəbridi . 1863-cü ildə vəfat edib. Sağdakı 1-ci daş qızı Cəvahirin məzarıdı 1808-ci ildə vəfat edib. 2-ci daş Vidadinin həyat yoldaşı Tükəzban xanımın məzarıdır, 1802-ci ildə vəfat edib)
Məhəmməd peyğəmbərin (S.A.S) müqəddəs"Quran""ı kimi onun Azərbaycan, eləcə də bütün müsəlman ölkələrində qoruyucuları davamçıları, əsl din nümayəndələri, dinimizi qoruyub bu günə çatdıranların həyatı, şəxsiyyəti öyrənməli bugünkü gəncliyimizə, insanlara çatdırmalı, dünyasını dəyişmiş məşhur din xadimlərinin məzarları axtarıb tapılmalı, dağılmışları bərpa edilməli, qorunub saxlanmalı, gələcək nəsillərə ötürülməlidir. Vətəni sevmək imandandır. Alimlərə hörmət edən, elə bil mənə hörmət edib deyib peyğəmbərimiz. Mən məşhur din xadimləri Zaqafqaziya müsəlmanlarının Tiflisdə əyləşən müftiləri Osman Əfəndi, Məhəmməd əfəndi və Müftizadə Qazi Səadəddin Əfəndi Müfti Osman oğlu haqqında qısaca məlumat verməklə bərabər, onların harada dəfn edilmələri və onların bu gün çoxlarına məlum olmayan məzarları, qəbir daşları, baxımsız halda qalan hərəmlərini sizlərə göstərmək istəyirəm.
Əziz oxucu, əvvəl başdan deyim ki, Zaqafqaziya sünnü məzhəbinin müftisi olmuş Molla Vəli Vidadinin oğlu və M.P.Vaqifin qız nəvəsi Qazi Səadəddininməzarlarına biganəliyi heç cürə qəbul etmək olmur. Bu halları tarix bizə bağışlamaz, "Quran"ımıza, peyğəmbərimizə ehtiram göstərdiyimiz kimi, onun qoruyucularına da hörmət etməli, müqəddəs yer bilməliyik. Mən bu gün adlarını çəkdiyim şəxsiyyətlərin nə özlərinə, nə məzarlarına heç bir ehtiram, qayğı və dağılmış hərəmlərinin bərpası işində heç bir işin görülmədiyini görürəm. Fikirimcə, vaxtı ilə dini rəhbərimiz olmuş şəxsiyyətlərin məzarlarının qorunub, bərpa edilməsi qayğısına qalınmalıdır. Keçmişini unudanın özü də unudulacaq!
Mən adlarını çəkdiyim hər üç dini rəhbər haqqında qısaca məlumat verirəm və onların məzarlarını və baş daşlarını sizlərlərə təqdim edirəm. Müfti Osman Əfəndi Molla Vəli Vidadi oğlu Qazax qəzasının Birinci Şıxlı kəndi (1850-ci ildə ölüb) anadan olub. XVIII əsr böyük şair Molla Vəli Vidadinin oğludur.
İlk təhsilini atasından almışdı. Ənənəvi şərq elmlərinə və rus dilinə dərindən yiyələnən Osman Əfəndi gənclik illərindən Qazax, Borçalı, Tiflis mühitindən mötəbər alim və müdərris kimi tanınmışdır. Qafqazda Öməriyyə (sünni) məzhəbi üzrə ali ruhani - müfti olmuşdu. 1847-ci ilin dekabrında Tiflisdə ilk şiə mədrəsəsi açıldıqdan sonra müfti Osman Əfəndi canişin Vorontsovun qarşısında oxşar əsasnamə ilə sünni mədrəsəsinin də açılması məsələsini qaldırmışdır. Məhz onun təklifi ilə 1848-ci ildə sünni mədrəsəsinin nizamnaməsi təsdiq edilib.
1849-cu ildə məktəbin təntənəli açlışı olub. Osman Əfəndi həmin məktəbin fəxri hamisi idi. Bu məktəbdə dinlə bərabər dünyəviliyə daha çox üstünlük verilirdi. Tələbələr təhsil haqqından azad idi, başqa yerlərdən gələnlər isə mədrəsənin nəzdindəki pansionda qalırdılar, məktəb özü isə məscidin vəsaiti hesabına saxlanılırdı. Qafqazın Avropa ruhlu ilk türk ziyalıları dəstəsinin yetişməsində Osman Əfəndinin böyük rolu olmuşdu. 
Müftizadə Qazi Səadəddin Əfəndi Müfti Osman Əfəndi (1837 Qazax qəzasının birinci Şıxlı -1916 .II Şıxlı)
Mötəbər din xadimlərindən biri olan Səadəddin Əfəndi M.V.Vidadinin oğlu, M.Pənah Vaqifin qız nəvəsidir. Atası Osman Əfəndi Qafqazın müftisi olmuşdu. Dini təhsilini Şamaxı mədrəsəsində alıb. 1868-ci ildə Şuşa qəzasına sünni qazisi vəzifəsinə təyin edilib. 1878-ci ildə Qazax qəzasının qazisi vəzifəsinə keçirilib, yerli əhalini çəyirtkə ilə mübarizəyə səfərbər edə bildiyinə görə 1882-ci ildə "Müqəddəs Anna" gümüş medalı ilə təltif edilib. 1888-ci ildə vəzifəsindən uzaqlaşdırılıb, 6 ildən sonra, 1894-cü ildə Yelizavetpol qubernatorunun təkidlərindən sonra təkrarən bu vəzifəyə təyin edilib və ömrünün sonuna kimi Qazax qazisi olmuşdur. Səadəddin Əfəndi mahalın varlı adamlarından sayılmış, I Şıxlı və Kəmərli kəndlərində mülkləri, torpaq sahələri, sürüləri olmuşdu.
Müftizadə Müfti Məhəmməd Əfəndi Müfti Osman Əfəndi oğlu (1821, Qazax qəzasının Birinci Şıxlı kəndi - 27.03.1872. II Şıxlı qəbirstanlığı)
Qafqazın mötəbər din xadimlərindən biri olan Məhəmməd Əfəndi M.V.Vidadinin oğlu, M.P.Vaqifin isə qız nəvəsidir. Əvvəlcə öz atası müfti Osman Əfəndidən, sonra isə müfti Tacəddin Əfəndidən İslam elmlərini öyrənmişdi. 1838-ci ildə Qafqaz Ordusu Baş Qərargahına işə qəbul edilir. Həmin il ordunun Dağıstan yürüşündə iştirak və fərqləndiyinə görə 1839-cu ildə ona praporşik rütbəsi verilir. Dağıstan qoşunlarının komandanı olan general Fezin tabeliyində xidmət edən Məhəmməd Əfəndi ordunun Samur, Axtı əhalisinə və çərkəzlərə qarşı apardığı əməliyyatlarda fəal iştirak edir və ona ömürlük təqaüd kəsilir. 1845-ci ildə dini vəzifəyə keçirilir, Qafqaz canişini Knyaz Vorontsov tərəfindən Tiflis cümə məscidinin imamı təyin edilir. 1847-ci ildə Qazax distansiyasının baş qazisi vəzifəsinə göndərilir. 1852-ci ildə İmperator Coğrafiya Cəmiyyətinə əməkdaş üzv, 1857-ci həqiqi üzv seçilir. Knyaz Baryatinski tərəfindən qızıl zəncirli qızıl saatla və brilliant üzüklə mükafatlandırılan Məhəmməd Əfəndi 1857-ci ildə məhz onun vəsatəti ilə Qafqazın Öməriyyə məzhəbli əhalisinin müftisi təyin edilir. İmperator 1861-ci ildə Kutaisə gələrkən onunla görüşən Məhəmməd Əfəndi onda böyük təəssürat oyatmış və ayrılarkən ona üzərində imperatorun təsviri olan gümüş tütün qabı və brilliant üzük bağışlamışdır. 1871-ci ildə isə imperator tərəfindən qeyri xristianlar üçün nəzərdə tutulmuş 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir. 1872-ci il martın 27-də vəfat etmişdir. 
(1.Müftizadə Qazi Səadəddinin qızı Güləndam xanım, 2.Hüseyn Bəy Rəşid bəy oğlu Müftizadə, 3.Nisə xanım Müfti Məhəmməd Əfəndinin qızı, 4.İskəndər ağa Rəşid bəy oğlu Müftizadə. Böyük ağdaş Qazi Səadəddin Əfəndi İbn Alim Osman Əfəndiyə məxsusdur)
Fəxrəddin Vəlizadə
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqalndı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL