Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi təsis edilib - Əsasnamə təsdiqləndi
22-12-2022 [15:57]
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.
Mia.az xəbər verr ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə” təsdiq edilib.
Müəyyən olunub ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (bundan sonra – səlahiyyətli nümayəndə) rəhbərlik edəcək.
Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirəcək.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirəcəklər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
***
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə təsdiqlənib.
Mia.az xəbər verir ki, Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 dekabr tarixli Fərmanı ilə təsdiq edilib.
Əsasnaməni tədim edirik:
1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi (bundan sonra – səlahiyyətli nümayəndəlik) Naxçıvan Muxtar Respublikasının ərazisində (bundan sonra – müvafiq ərazi) bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir.
1.2. Səlahiyyətli nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Səlahiyyətli nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Səlahiyyətli nümayəndəlik Naxçıvan şəhərində yerləşir.
2. Səlahiyyətli nümayəndəliyin fəaliyyət istiqamətləri
2.1. Səlahiyyətli nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının (bundan sonra – yerli icra hakimiyyəti orqanları) fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
2.1.2. müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək;
2.1.3. müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etmək;
2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Səlahiyyətli nümayəndəliyin vəzifələri və hüquqları
3.1. Səlahiyyətli nümayəndəliyin vəzifələri aşağıdakılardır:
3.1.1. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.1.2. yerli icra hakimiyyəti orqanları arasında, habelə yerli icra hakimiyyəti orqanları ilə digər dövlət orqanları (qurumları) arasında əlaqələndirməni təmin etmək;
3.1.3. müvafiq ərazidə əhalinin rifahının yaxşılaşdırılması üçün dövlət proqramları layihələrinin hazırlanmasında və təsdiq edilmiş proqramların icrasına nəzarətdə iştirak etmək;
3.1.4. aidiyyəti dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının təklifləri əsasında müvafiq ərazinin sosial-iqtisadi inkişafına dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
3.1.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının və tapşırıqlarının müvafiq ərazidə dövlət orqanları (qurumları) tərəfindən yerinə yetirilməsi vəziyyətini qiymətləndirmək və bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
3.1.6. yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq ərazinin inkişaf meyillərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılması, sosial əhəmiyyətli sifarişlərin öyrənilməsi işinin təşkilinə nəzarət etmək;
3.1.7. müvafiq ərazinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən hazırlanmış layihələrə dair rəy vermək;
3.1.8. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini təhlil etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
3.1.9. müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar mütəmadi təhlillər aparmaq və Azərbaycan Respublikasının Prezidentinə hesabatlar təqdim etmək;
3.1.10. yerli icra hakimiyyəti orqanlarının kadr potensialının artırılması ilə əlaqədar təkliflər vermək;
3.1.11. müvafiq ərazidə əhalinin problemlərini öyrənmək və onların həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək;
3.1.12. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin həvalə etdiyi digər vəzifələri həyata keçirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün səlahiyyətli nümayəndəliyin hüquqları aşağıdakılardır:
3.2.1. bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçılarına tapşırıqlar vermək;
3.2.2. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçısının müavininin (müavinlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək;
3.2.3. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətinin başçısı müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri tərəfindən həyata keçirilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək;
3.2.4. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçılarının fəaliyyətləri haqqında hesabat vermələri üçün müddətləri müəyyənləşdirmək;
3.2.5. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti başçıları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təkliflər vermək;
3.2.6. müvafiq ərazi ilə bağlı normativ hüquqi aktların layihələrinə dair təkliflər vermək;
3.2.7. təhlillər aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları aidiyyəti üzrə təqdim etmək;
3.2.8. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.9. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;
3.2.10. qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
4. Səlahiyyətli nümayəndəliyin fəaliyyətinin təşkili
4.1. Səlahiyyətli nümayəndəliyin strukturunu və ştat vahidlərinin sayını Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
4.2. Səlahiyyətli nümayəndəliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (bundan sonra – səlahiyyətli nümayəndə) rəhbərlik edir. Səlahiyyətli nümayəndə səlahiyyətli nümayəndəliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.3. Səlahiyyətli nümayəndənin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Səlahiyyətli nümayəndənin müavinləri səlahiyyətli nümayəndənin onlara həvalə etdiyi vəzifələri yerinə yetirirlər və buna görə şəxsən məsuliyyət daşıyırlar.
4.4. Səlahiyyətli nümayəndə, onun müavinləri, səlahiyyətli nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşlarıdır.
4.5. Səlahiyyətli nümayəndəliyin əməkdaşlarının işə qəbulunu və işdən azad edilməsini, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri həyata keçirir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi