Rəsmi İrəvan "sülh üçün iki variant var" dedi: "Redaktə edilmiş variantı tezliklə Azərbaycana göndərəcəyik"

img

08-12-2022 [15:32]


“Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcək”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, rəsmi İrəvan sülh müqaviləsinin Ermənistan tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək/Report.

Mia.az-ın məlumatına görə, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi layihəsinin 2 variantı var: "Bir variantı Rusiya, digərini Azərbaycan təklif edib. Qərb danışıqlar üçün şərait yaratmağa çalışdı. Moskva da bunu edir. Ermənistan və Azərbaycan isə sülhə nail olmaq üçün hər şeyi etməlidir. Rəsmi İrəvan nə Brüsseldən, nə Vaşinqtondan, nə də başqa paytaxtlardan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması barədə sənəd alıb".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR