Prezident Sergey Məlikova “Şöhrət” ordenini təqdim edib, Dağıstan rəhbəri isə İlham Əliyevə elə əsəri verdi ki... - FOTOLAR
06-12-2022 [12:24]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib və bunun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini deyib.
Dövlət başçısı eyni zamanda bildirib ki, Azərbaycan-Rusiya əlaqələri 2022-ci ildə də uğurla inkişaf edib. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və səmərəli görüşlərin əhəmiyyətini vurğulayıb, eyni zamanda bu yaxınlarda keçirilən növbəti Azərbaycan-Rusiya regionlararası Forumunun önəmini qeyd edib.
Dövlət başçısı əsrlər boyu xalqlarımız arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayaraq müasir dövrdə də bu münasibətlərin möhkəmləndiyini məmnunluqla diqqətə çatdırıb. Bu baxımdan Prezident İlham Əliyev Sergey Məlikovun ölkəmizə səfərinin Azərbaycanla Dağıstan arasında konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Xalqlarımızın qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib. O, ölkəmizə səfəri zamanı keçiriləcək görüşlərin əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Dövlət başçısı Azərbaycan Prezidentinin sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim edib.
Sonra xatirə şəkilləri çəkdirilib.
Daha sonra Azərbaycan Prezidentinə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtılə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.
Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.
"Neftçi"nin şikayəti təmin olunmayb
LAÇIN YOLUNDAKI AKSİYANIN 53-cü GÜNÜ: bu gün daha 7 maşında erməni ailələr Ermənistana gedib (Yenilənir)
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı, ölənlər var
Müğənni məşhur futbolçu ilə gizli eşq yaşayır? - Aparıcı "Bu sirri mənə başqa futbolçunun arvadı açdı" dedi (FOTO)
Azərbaycan millisinin oyunlarının təqvimi bəlli oldu
Dünya universitetlərin reytinqi: ilk yüzlük, minlik o yana, ilk üçminlikdə də deyilik - Professor yazır
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Əliyev Pakistan prezidentinə məktub göndərdi: "Xəbər bizi olduqca kədərləndirdi"
Zakir Həsənov Qarsda hərbi təlimi izlədi - FOTO
Bakının kəndlərində geniş əməliyyat: bu şəxslər saxlanıldı - FOTO
“Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
Məşhur teleaparıcı hava limanında saxlanılıb - Səbəb (Açıqlama)
Prezident gənclərə müraciət etdi - MƏTN
"Real Madrid"in ulduz futbolçusu Türkiyəyə gəlir
Sumqayıtın prokuroru vəzifədən çıxarıldı
Norveçin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb - Qalmaqal
Əli Əsədov büdcə ilə bağlı sərəncam imzaladı
Azərbaycanda avro dəyər qazanır
İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib - Nələr müzakirə olunub? (FOTO/Yenilənib)
23 yaşlı bloqeri 50 bıçaq zərbəsi ilə kim və niyə öldürdü? - Sensasiyalı qətlin sirri açılır
Mehriban Əliyeva: "Qoy hər bir gəncimiz qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!" - FOTO
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
TRT-nin serialı hiddət doğurdu - Səbəb (FOTO)
Səbinə Əliyeva Bəxtiyar Hacıyevi fərdi qaydada qəbul edib
Xalq artisti: "Bacımın vəziyyəti ağır olaraq qalır"
DİN sistemində yeni rəis təyinatları olub
Tahir Budaqov YAP-da bu şəxsə vəzifə verib
Bakıda avtomat silahla dolaşan şəxs tutuldu - FOTO
"Azercell" “Hədiyyəli eSİM nömrələr” kampaniyasına start verib
Nazir Avropa ölkələrinin Türkiyəyə qarşı son qərarlarını sərt qarşıladı: "Bizə qarşı psixoloji müharibə aparılır" - "O kəşfiyyatçının kimliyini bilirik"
Kəlbəcər, Laçın və Daşkəsəndə 3600 km-dək yol qar örtüyündən təmizlənib - MN açıqlama yaydı (VİDEO)
Mahsun Kırmızıgülün məhkəməlik olan yeni filminin təqdimatı oldu: "Bu, ölkəmiz üçün ümid işığı olacaq" - FOTOLAR
Azərbaycan nefti daha bir dollardan çox ucuzlaşdı
Deputat: "Baş nazirin istəyindən asılıdır ki, rəy versin, ya yox" - "Bakı və ətrafındakı 400 min qanunsuz tikli sənədləşdirilməlidir"
FED uçot dərəcəsini son 16 ilin zirvəsinə çıxardı: dollar dünya bazarında möhkəmlənəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" geriyə düşdüyü oyunda qalib gəldi
Məşhur aktrisa xərçəng xəstəliyindən vəfat etdi
Qəzzadan İsrailə atılan raket havada vuruldu - Ordu açıqlama yaydı
Azərbaycanın "Avroviziya 2023" üzrə qalibi seçilməyib - Səbəb