AFFA bu klubları cərimələyib, Mirbağır İsayevi cəzalandırıb

img

02-12-2022 [18:01]


AFFA İntizam Komitəsi Premyer Liqada çıxış edən 3 klubu cərimələyib.

Mia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" ilə XV tur matçında (1:3) "Səbail"in 4 oyunçusu, "Şamaxı" - "Kəpəz" görüşündə (1:1) isə meydan sahiblərinin 5, qonaqların 6 futbolçusu sarı vərəqə aldığı üçün komandalar ziyana düşüblər.

Hər bir klub ayrılıqda 800 manat cərimə ödəyəcək.

Bundan başqa, AFFA İntizam Komitəsi "Səbail" klubunun akademiyasının koordinatoru Mirbağır İsayevi cəzalandırıb.

Buna 48 yaşlı mütəxəssisin U-17 Liqasında "Turan Tovuz"la matçda rəsmi şəxsləri təhqir etməsi səbəb olub.

İsayevin üç ay müddətinə futbolla bağlı vəzifələrdə (inzibati, idman və s.) işləməyinə qadağa qoyulub. "Dənizçilər"ə bunun üçün 4 000 manat məbləğində cərimə kəsilib.

Paytaxt təmsilçisinin baş məşqçisi Yaşar Abuzərov isə 5 oyunluq cəza ilə üzləşib. Mütəxəssis 86-cı dəqiqədə meydana daxil olduqdan sonra hakimi təhqir edib və qırmızı vərəqə alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR