DÇ-2022: Mərakeş və Xorvatiya 1/8-ə yüksəldi, Belçika və Kanada isə evə göndərildi (Yenilənir)

img

01-12-2022 [20:54]


Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları üz-üzə gəliblər.

Mia.az xəbər verir ki, ilk hissədə 3 qol olub.

 Mərakeşin hər üç qola mərakeşli futbolçular imza atıb.

Belə ki, 40-cı dəqiqədə Afrika təmsilçisindən Naif Ager avtoqol müəllifi olub - 2:1

Qrupun digər oyununda isə Xorvatiya və Belçika yığmaları qarşılaşıb.

Və oyunda hesab açılmayıb - 0:0

Beləliklə, hər iki oyunda hesab bu nəticələrlə bitib və 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vuraraq, Xorbvatiya ilə birgə növbəti mərhələyə yüksəlib.

Belçika və Kanada isə yarışla vidalaşıb.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala yüksəliblər. 

 

img
Digər xəbərlər
SON XƏBƏRLƏR