Dünya çempionatı: Yaponiya Kosta Rikaya uduzdu

img

27-11-2022 [16:45]


Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Mia.az xəbər verir ki, günün ilk matçında E qrupunda Yaponiya və Kosta Rika yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Mərkəzi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 81-ci dəqiqədə Keyşer Fuller vurub.

Kosta Rika qələbə sayəsində ilk 3 xalını qazanıb. Qrup lideri İspaniyanın və ikinci sıradakı Yaponiyanın da 3 xalı var. Xalsız olan Almaniya seçməsi sonuncu sıradadır.

Qrupun digər görüşündə Bundestim İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR