Qaret Beyl: "Məhv olduq, deyiləsi başqa söz yoxdur"

img

25-11-2022 [17:39]


"Məhv olduq, deyiləsi başqa söz yoxdur".

Bunu Uels millisinin kapitanı Qaret Beyl Qətərdə keçirilən dünya çempionatında İrana 0:2 hesabı ilə uduzduqları B qrupunun II tur oyunundan sonra deyib.

33 yaşlı hücumçu son saniyəyədək vuruşduqlarını bildirib: "İndi yenidən mübarizə aparmalı, özümüzü dərhal ələ almalıyıq. Yəqin ki, bizim üçün asan olmayacaq. Görək, son turda nələr baş verəcək"/Report.

Qeyd edək ki, Uels yığması qrupda sonuncu oyununu noyabrın 29-da İngiltərəyə qarşı keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR