İlham Əliyev Vatikanın yeni səfirinin etimadnaməsini qəbul edib: "Roma Papası dövlət başçısına dualar edir" - FOTOLAR
24-11-2022 [15:48]
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edib.
Mia.az xəbər verir ki, Müqəddəs Taxt-Tacın apostol nunsisi etimadnaməsini dövlət başçısına təqdim etməkdən şərəf hissi duyduğunu deyib.
Marek Solçinski bildirib ki, Roma Papası Fransisk Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya onun salamlarını çatdırmağı xahiş edib. O deyib ki, Roma Papası dövlət başçısına xalqa şərəflə rəhbərlik missiyasının uğur qazanması üçün dualar edir.
Sonra Marek Solçinski etimadnaməsini dövlət başçısına təqdim edib.
Apostol nunsi ilə söhbət edən Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Azərbaycanda və Vatikanda Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayaraq, onun ölkəmizə səmimi münasibətini həmişə hiss etdiyimizi vurğuladı. Dövlətimizin başçısı Roma Papasının Azərbaycana rəsmi səfərini tarixi səfər kimi qiymətləndirərək, bunun ikitərəfli münasibətlərimizi, eyni zamanda, bizim tərəfdaşlıq ruhunun, multikulturalizm, sülh və tolerantlıq dəyərlərinin təşviqinin zəruriliyini nümayiş etdirdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını deyərək, bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirdi və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək, Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu dedi.
Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirdi.
Bakıda yenidən olmasından çox xoş təəssürat hissi keçirdiyini deyən Marek Solçinski Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə etdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi