İLHAM ƏLİYEVLƏ PUTİN GÖRÜŞDÜ: "Hərəkətə keçməyin vaxtı çatıb" - "Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub" (FOTOLAR/Yenilənib)
31-10-2022 [19:09]
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.
Mia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin deyib:
- Hörmətli İlham Heydər oğlu!
Sağ olun ki, bizə, Soçiyə gəlmisiniz. Əslində bu görüş Sizin və Ermənistanın baş nazirinin təşəbbüsü ilə, özü də məhz Soçidə təşkil edilib. Görünür, Siz Soçidə havanın yaxşı olacağını nəzərdə tutmusunuz, lakin belə olmadı, payızdır. Bununla belə, mənim fikrimcə, bu görüş əhəmiyyətlidir, vacibdir.
Mən hesab edirəm ki, bu görüşün məqsədi bizim 2020-ci və 2021-ci illərdə nail olduğumuz bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə Sizə təşəkkür edirəm.
Bu gün isə, əlbəttə, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edirlər. Bizim əvvəllər, hələ iki il bundan qabaq haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə impuls vermək lazımdır. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir.
Gündəlikdəki məsələlərin əhatə dairəsi kifayət qədər genişdir, Sizi görməyə çox şadam. Xoş gəlmisiniz.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Dəvətə görə təşəkkür edirəm. Yenidən görüşməyimizə şadam. Biz Sizinlə keçən ayda da, bu ayda da görüşmüşük, ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı qeyd etmək imkanımız olub.
Bugünkü görüş bizim regional məsələlərə həsr edilib. Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik. Dəvətə görə bir daha sağ olun.
Prezident Vladimir Putin: Təşəkkür edirəm.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Mia.az xəbər verir ki, Putin bu görüşdən əvvəl Paşinyanla təkbətək müzakirə aparıb.
İlham Əliyev görüşdə deyib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb.
Onun sözlərinə görə, bugünkü görüş regional məsələlərə həsr olunub: “Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm.
Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatıdır”.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb: "Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.
Rusiya prezidenti isə qeyd edib ki, regionda kommunikasiyaların açılması üçün üçtərəfli işçi qrupunun fəaliyyətinə əlavə təkan vermək lazımdır: "Bu görüşün məqsədi, mənim başa düşdüyüm qədər, 2020 və 2021-ci illərdə əldə edilmiş bütün razılaşmalarımızın həyata keçirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin həllində mühüm rol oynayıb. İndi də bizim sülhməramlı kontingentimiz həyata keçirilməli olduğu missiyasını yerinə yetirir. Bu qiymətləndirmənizə görə sizə minnətdaram.
Bu gün isə təbii ki, hazırda yaranmış vəziyyətdən danışmaq, indiyədək həll olunmamış məsələlərin həlli yollarını axtarmaq lazımdır. Bununla bağlı iqtisadi baxımdan vacib məqamı qeyd etmək istərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona Baş nazirin müavinləri rəhbərlik edir. İki il əvvəl haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, bu məsələ ilə bağlı da əlavə impulsa ehtiyac var. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi