Fransa Senatının ermənipərəst qətnaməsinə qarşı petisiya üçün imza toplanır - VİDEO
24-10-2022 [17:42]
Fransada yaşayan azərbaycanlılar baxılması üçün bu ölkənin parlamentinin yuxarı palatasına təklif edilmiş anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına petisiya üçün imza toplayır. İndi 32,5 mindən çox imza toplanıb ki, bu isə lazımi sayın yarısından çoxu deməkdir.
Belə ki, Senatın 6 üzvünün təklif etdiyi qətnamə özündə Azərbaycana qarşı ittihamları əks etdirir, həmçinin Fransa və digər Aİ ölkələrini Azərbaycandan qaz və neft idxalına embarqo tətbiq etməyə çağırır. Qətnamənin baxılması noyabrın 15-nə təyin edilib.
"Təklif olunan qətnamə Ermənistan-Azərbaycan münaqişəsinə tamamilə birtərəfli və qərəzli baxışı əks etdirir. Müəlliflər münaqişənin yalnız bir tərəfinin - Ermənistan tərəfinin maraqlarını müdafiə edirlər. Sənəddə qarşı tərəfin - milyonlarla sadə azərbaycanlının verdiyi qurbanlara, itkilərə, ağrı-acılara məhəl qoyulmur. Günahkar tərəf kimi yalnız azərbaycanlılar təqdim edilir”, - müraciətin müəllifləri qeyd edirlər.
Onların fikrincə, dünyada ən böyük erməni diasporalarından biri məhz Fransadadır. Eyni zamanda, bu Fransa vətəndaşlarının böyük əksəriyyəti heç vaxt Ermənistanda olmayıb və münaqişə barədə tamamilə məlumatsızdır. Onların çoxunun Cənubi Qafqazda baş verənlər haqqında təsəvvürləri mətbuatda yayılan və əsasən erməni tərəfinin mövqeyini əks etdirən məlumatlar əsasında formalaşır.
"Bəzi siyasətçilər bu hisslərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Nəticədə, Senatda belə qətnamə layihələri ortaya çıxır", - onlar əlavə ediblər/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi