İlham Əliyev Heydər Əliyevin orta təhsil haqqında şəhadətnaməsindən söz açıb: "Orada bir dənə də olsun “dörd” yoxdur"
12-10-2022 [14:00]
Azərbaycan Prezidenti İlham Əliyev qırğızıstanlı məktəblilərə Heydər Əliyevin orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərib.
MİA.AZ xəbər verir ki, Prezident İlham Əliyev ulu öndər barədə Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində danışıb.
Dövlət başçısı deyib ki, yaxşı oxumaq üçün hər cür öyüd-nəsihətdənsə gənc nəslə örnək daha çox təsir göstərir: “Mən Heydər Əliyevi, onun orta təhsil haqqında şəhadətnaməsini nümunə göstərə bilərəm. O, azərbaycanlı məktəblilər üçün örnəkdir. Orada bir dənə də olsun “dörd” yoxdur, bütün qiymətlər “beşdir”. Mən bilmirəm, Qırğızıstanda hansı bal sistemi mövcuddur, Azərbaycanda o, dəyişdirilib. Lakin sovet dövründə “beş” ən yüksək qiymət idi. Təhsil gələcəyə yoldur. Bilik, təhsil o yoldur ki, sizə cəmiyyətdə layiqli yer tutmaq və dövlətinizin möhkəmləndirilməsinə töhfə vermək fürsəti yaradır".
***
"Heydər Əliyevin çox zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb".
Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində deyib.
Dövlət başçısı ümidvar olduğunu bildirib ki, gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlər çıxacaq: “Heç bir şübhə yoxdur ki, bizim gənc soydaşlarımız qardaş xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəm körpüsünə çevriləcəklər”.
Qırğızıstan Prezidenti Gənclərə gözəl təhsil, tərbiyə almağı, gərəkli olmağı, Qırğızıstan və Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfələrini verməyi arzulayaraq Heydər Əliyevin bu sözlərini xatırladıb: “Bizim cəmiyyətin gələcək tərəqqisi bu gün bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq”.
S.Japarov əminliklə deyib ki, bu gözəl məktəbin divarları arasında uşaqlar keyfiyyətli təhsil, vətənpərvər və işinin peşəkarı kimi tərbiyə alacaqlar: "Qırğızıstanda Azərbaycanın ulu öndəri Heydər Əliyev adına məktəbin açılması ikitərəfli münasibətlərimizdə əlamətdar hadisədir. Bu, xalqlarımızın möhkəm dostluğuna, ölkələrimiz arasında əsası dünya miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın ümummilli lideri, Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir".
Qırğızıstan Prezidenti vurğulayıb ki, məktəbə Heydər Əliyevin adının verilməsi onlar üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmləşməyib. “Tutduğu vəzifədən asılı olmayaraq – respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən, yaxud da özünün kiçik Vətəni – Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyük ürəkli insan olub”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi