Rusiya Kiyevi və daha beş vilayəti bombalayıb: ölən və yaralananların sayı artır - Zelenski xalqa səsləndi (Yenilənib)
11-10-2022 [09:52]
Rusiyanın oktyabrın 10-da Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutması nəticəsində ölənlərin sayı 19 nəfərə, yaralıların sayı isə 105-ə çatıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, Rusiya raketləri Ukrayna paytaxtı Kiyevlə yanaşı, ölkənin 12 vilayətində mühüm obyektlərə və mülki infrastruktura düşüb. Nəticədə 30-dan çox yanğın baş verib. Kiyev, Lvov, Sumı, Ternopil və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.
***
Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə raket hücumu nəticəsində 10 nəfər ölüb, 60 nəfər yaralanıb.
Mia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polis İdarəsi məlumat yayıb.
***
Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsindən azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.
Mia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.
Artıq ölkənin hər yerində hava həyəcanı işə salınıb.
Xatırladaq ki, bu gün səhər Rusiya Ukraynanın Kiyev, Dnepr, Lvov, Jitomir, Xmelnitsk və Ternopol vilayətlərini raket atəşinə tutub.
Zelenski raket atəşlərindən sonra xalqa müraciət edib.
O, xalqı sığınacaqları tərk etməməyə çağırıb: "Rusiya 229-cu gündür Ukrayna xalqını məhv etməyə, yer üzündən silməyə çalışır. Ukraynanın hər yerində hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin, güclü olaq”.
***
Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində də partlayışlar törədilib.
"RBK Ukrayna" xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub.
Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.
Paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vladimirskaya küçəsində Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.
***
Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib.
Bunu Kiyevin meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunun mərkəzində bir neçə partlayış olub.
V.Kliçko partlayışın detalları barədə bir müddət sonra açıqlama verəcəyini bildirib.
Partlayış nəticəsində ölən və yaralananların sayı barədə məlumatlar dəqiqələşdirilir.
UNIAN-da qeyd olunub ki, yerli vaxtla səhər saat 06.47-də paytaxtda həyəcan siqnalı verilib. Bundan sonra səhər saat 8 radələrində Kiyevdə 3-4 partlayış törədilib.
Qeyd edək ki, ötən gecə Zaporojyedə də partlayışlar olub. Bu partlayışlar Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegən körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi