Ərdoğan Paşinyanla görüşdü: "Biz sadəcə istəyirik ki, Ermənistan Azərbaycanla hüquqi məsələləri həll etsin və..." (FOTOLAR/Yenilənir)
06-10-2022 [22:46]
"Səmimi qəlbdən inanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik".
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirdiyi mətbuat konfransında deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşə toxunan Ərdoğan bildirib ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar qarşılıqlı surətdə davam etdirilir: "Bu görüşdə bəzi tələblər irəli sürülüb. Biz bu tələbləri xüsusi nümayəndələrimizə, nazirlərimizə çatdırdıq. Danışıqlar baş tutandan sonra biz lazımi addımları atacağıq".
Ərdoğan qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün mövcud olan xüsusi təmsilçilər danışıqları davam etdirirlər: "Eyni zamanda hər iki ölkənin xarici işlər nazirləri bütün bu məsələləri ümumiləşdirib bizə təqdim edəcəklər. Ökələr arasında normallaşma prosesinə dair xüsusi nümayəndələr görüşəcək. Növbəti addımlar bu görüşlərin nəticəsindən asılı olaraq atılacaq".
O, jurnalistin Ermənistana irəli sürdüyünüz ilkin şərtlər nədir sualına cavabında deyib:
“Bizim ilkin şərtimiz yoxdur. Biz sadəcə istəyirik ki, Ermənistan Azərbaycanla hüquqi məsələləri həll etsin və dərhal sülh bağlı müqaviləsini imzalasın. Bunu etdiyiniz anda bizimlə bağlı heç bir problem qalmayacaq. Qapılar açılacaqsa, qapıları, hava, yol və dəmir yollarımızı açarıq”.
Türkiyə Prezidenti əlavə edib ki, Türkiyənin Avropa İttifaqının üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə əvəzolunmaz rolu var: "Ölkəmiz təhlükəsizlik, müdafiə, miqrasiya, terrorizm, sağlamlıq və təchizat zəncirləri kimi fundamental problemlərin aradan qaldırılmasında həyati əhəmiyyətə malikdir. Gördüm ki, bu həqiqət avropalı dostlarımız tərəfindən də qəbul olunmağa başladı. Türkiyənin qarşısına qoyulan maneələr ədalətli deyil, bu da Avropa Birliyinin maraqlarına xələl gətirir".
***
Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Mia.az "Haber Global"a istinadən xəbər verir ki, sonuncu dəfə iki ölkə arasında liderlər səviyyəsində görüş 2009-cu ildə baş tutub.
***
Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Mia.az "Haber Global"a istinadən xəbər verir ki, görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub.
***
Bu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşəcək.
Mia.az xəbər verir ki, artıq Ərdoğanla Paşinyanın Çexiyanın paytaxtı Praqaya səfəri başlayıb.
Məlumata görə, Ərdoğanla Paşinyan bu gün Bakı vaxtilə saat 18:00-da Praqa qalasında bir araya gələcəklər.
Görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparılacaq.
R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq. Görüşdə Zəngəzur dəhlizinin açılması da müzakirə olunacaq.
Rusiyanın TASS agentliyinin məlumatına görə, rəsmi Ankara tərəflərin ilk görüşünün iki dövlət arasında münasibətlərin normallaşmasına xidmət edəcəyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə başlanacağını istisna etmir.
“Praqada həm Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər”, - məlumatda vurğulanıb.
Diplomatik mənbə agentliyə bildirib ki, üzbəüz görüşlər telefon əlaqəsindən daha məhsuldardır.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olacaq.
Xatırladaq ki, bu gün Praqda Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək. Toplantıda 27-si Aİ ölkəsi olmaqla ümumilikdə 44 dövlət təmsil olunacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi