İlham Əliyev: “IGB Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq”

img

01-10-2022 [12:58]


"Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) təbii qaz tədarükünün şaxələndirilməsində və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.

"IGB layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz tədarükünün şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir və dünyada mövcud geosiyasi vəziyyət bunu bir daha sübut edir", - dövlət başçısı bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR