Avropa Liqası: "Nant" - "Qarabağ" oyununa ən ucuz bilet 36 avroyadır

img

29-09-2022 [20:45]


"Nant" klubu Fransada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının G qrupunun V tur oyunu üçün biletləri satışa çıxarıb.

Mia.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ən ucuz biletin qiyməti 36 avro, ən bahalı bilet isə 75 avrodur.

Oktyabrın 27-də "Stad de la Bojuar" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar arasında Bakıdakı görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos"un, "Nant" isə Almaniyada "Frayburq"un qonağı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 26.11.2022

Sabah yağış yağacaq