Xarkovda azərbaycanlı ailənin meyitləri aşkarlanıb: 45 yaşlı Əlişir Nurullayev, həyat yoldaşı və azyaşlı övladı...

img

29-09-2022 [10:25]


Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb.

Mia.az Report-a istinadla xəbər verir ki, 45 yaşlı Əlişir Nurullayev, onun həyat yoldaşı və azyaşlı övladının meyitləri tanınmaz halda tapılıb.

Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar.

Qeyd edək ki, azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub.

Hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 26.11.2022

Sabah yağış yağacaq