"Cənab Putin, əgər ağlına nəyisə qoyursa, elə də edir" - Ərdoğandan açıqlama

img

29-09-2022 [09:18]


"Ukrayna ərazilərində keçirilən referendum diplomatik səyləri çətinləşdirir".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk"ə müsahibəsində bildirib.

Ərdoğan qeyd edib ki, nüvə müharibəsi fəlakətə gətirib çıxara bilər: "Bu haqda danışmağı ağlına belə gətirməməlisən. Ümid edirəm ki, bu məsələni heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən düzgün addım olardı. Ukraynanın bəzi işğal olunmuş ərazilərində Rusiyanın tərkibinə daxil olmaq üçün keçirilən referendum, hətta Rusiyanın səfərbərlik qərarı da narahatlıq doğurur. Bu, sabitliyi çətinləşdirir. Cənab Putin, əgər ağlına nəyisə qoyursa, elə də edir".

Türkiyə lideri sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını da əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR